Turan İbrahimov: ''Günəbaxan' verilişi Rəqsanənin səviyyəsinə düşüb' - AÇIQLAMA

Turan İbrahimov:
MEDİA
16:30 19.01.2012
8713
Xəbər verdiyimiz kimi, Bu gün ANS telekanalının canlı efirində biabırçı olay baş verib. "Günəbaxan" verilişinin aparıcısı İlqar Mikayıloğlu studiyaya dəvət etdiyi taksi sürücüləri ilə söhbət zamanı onların ünvanına xoşagəlməz ifadələr səsləndirib.
Təcrübəli teleaparıcı nəyə görəsə haqqını tələb edən, dolanışıq dərdi çəkən sürücülərə oponentlik edib. Onlardan birinin məcbur köçkün olduğunu deməsindən sonra Mikayıloğlu söhbətə dəxli olmadan patriotluq etmək qərarına gəlib və orta yaşlı sürücünü silaha sarılaraq, hərbi birləşmə təşkil edərək öz doğma torpaqlarını azad etməyə getməməkdə günahlandırıb. Buna cavab verən başqa bir sürücü isə ANS əməkdaşının qəzəbinə tuş gəlib. O, sürücünü studiyadan qovmaq cəhdi edib və həmin sürücünün həmkarları kütləvi şəkildə ANS-in studiyasını tərk ediblər.
AZXEBER.COM portalı mövzu ilə əlaqədar “Günəbaxan” verilişinin eks aparıcısı, tanınmış teleaparıcı Turan İbrahimovun fikirlərini öyrənib. İbrahimov deyib ki, “Günəbaxan” verilişi əvvəlki səviyyəsindən uzaqdır: "İlk növbədə qeyd edim ki,”Günəbaxan” verlişi mənə doğma övlad kimidir. Çünki verlişin tanınmasında, reytinq toplamasında, xalqın inamını qazanmağında mənim də çox böyük rolum olub. Bu gün də küçədə gəzərkən, insanlar mənə yaxınlaşıb, verilişin niyə belə aşağı səviyəyə düşməsi ilə maraqlanırlar. Mən aparıcı olduğum dövrlərdə, verilişdə daha çox sosial problemlər işıqlandırılırdı və bu səbəbdən də verilişə xalqın içində ”xalq verlişi” deyilirdi. İndi isə çox təəssüf ki, verliş Rəqsanə səviyyəsinə düşüb. Düşünürəm ki, reytinq xatirinə bu qədər aşağı səviyyəyə düşmək lazım deyil. Mən aparıcı olduğum dövrlərdə əhalinin bank əmanətlərinin qaytarılması ilə bağlı mövzular işıqlandırılırdı. Və istər dövlət qurumları, istərsə də sakinlər bizdən narazı qalmırdılar. Bugünkü məsələylə bağlı internet saytlardan məlumat topladım. Mən olsaydım heç vaxt sakinlərə qarşı belə aqressiv davranmazdım. Dövlətçilik prinsiplərini qorumaq şərtilə onların problemlərinin həllinə çalışardım”.
Turan İbrahimov “Günəbaxan” verilişində gey-parad mövzusuna geniş yer ayrılması və tibb elmləri namizədi Rəşid Mahmudovun bu mövzuya aqressiv münasibəti haqda da danışıb: "Gey parad məsələsinə gədikdə isə düşünürəm ki, burada əsas məsələ mövzunu necə işləməkdir. Mən olsaydım ,mövzunu ictimai müzakirəyə çıxarıb, həlli yolunu axtarardım. Rəşid müəllimin dediklərinə gəlincə isə, düşünürəm ki, o haqlıdır. Çünki “Günəbaxan” verlişində vaxtı ilə biz heç yanda danışılmayan mövzulardan danışırdıq. Əhalinin bütün problemlərinin həllinə çalışırdıq. Dövlətçilik prinsiplərini qorumaq şərti ilə istənilən mövzuya toxunub, onu müzakirə edirdik".
Hacıbəy Heydərli
OXŞAR XƏBƏRLƏR