"Azərbaycanda fəaliyyət göstərən özəl telekanalların hamısının reytinqi bir yerdə ATV-yə çatmır" - Turan İbrahimov

"Azərbaycanda fəaliyyət göstərən özəl telekanalların hamısının reytinqi bir yerdə ATV-yə çatmır" - Turan İbrahimov
TOP4
14:01 16.06.2017
8456
"ATV Azərbaycanın ən reytinqli telekanalıdır. Bunu bütün reytinq şirkətləri təsdiqləyir. Hətta bir faktı da deyim ki, Azərbaycanda faəliyyət göstərən bütün özəl telekanallarının reytinqini toplasaq, ATV-yə çatmaz".
 
Bu sözləri AZXEBER.COM-a açıqlamasında ATV-nin ictimai-siyasi məsələlər və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Turan İbrahimov deyib.
 
O Azərbaycan telekanallarının reytinq cədvəlinə münasibət bildirərkən deyib ki, ATV nəinki yerli telekanallarla, eyni zamanda ölkəmizdə yayımlanan xarici kanallarla da rəqabətdə birincidir: "Biz xarici kanalları da üstələyirik. Ola bilər ki, müəyyən saatlarda müəyyən verilişlər önə keçir, ancaq ümumi nəticədə biz reytinqdə birinciyik".
 
Xatırladaq ki, dünən "Trend" informasiya agentliyi telekanalların reytinqini açıqlamışdı. Siyahıya Azərbaycan telekanalları arasında ATV, ümumi telekanallar arasında isə Türkiyənin "Star TV" telekanalı başçılıq edir. 
 
Nazim Qasımzadə,
AZXEBER.COM
 


OXŞAR XƏBƏRLƏR