Tehranda Üçüncü Xəzər İqtisadi Forumu keçiriləcək

DÜNYA
15:09 13.02.2025
165

Fevralın 17-18-də Tehranda Azərbaycan, İran, Rusiya, Türkmənistan və Qazaxıstan baş nazirlərinin və nazirlərinin iştirakı ilə Xəzəryanı ölkələrin iqtisadi forumu keçiriləcək.

AZXEBER.COM "Azad İran" "Telegram" kanalına istinadla xəbər verir ki, bunu İranın Ticarətin İnkişafı Təşkilatının Mərkəzi Asiya Baş İdarəsinin rəisi Əkbər Qodari deyib.

Onun sözlərinə görə, forumun əsas məqsədi iqtisadi, ticari, elmi-texniki əməkdaşlıq, səhiyyə, enerji, maliyyə, turizm, azad zonalara investisiya yatırımlarının genişləndirilməsi, Xəzər dənizi ilə bağlı logistika məsələlərinin nailiyyətləri və son vəziyyəti ilə tanışlıqdır.

Qeyd olunub ki, forumun ikinci günündə beş ölkənin baş nazirləri əməkdaşlığın daha da inkişaf etdirilməsi strategiyaları və sazişin həyata keçirilməsi üçün nazirlər tərəfindən əldə olunan razılaşmaların vaxtaşırı izlənilməsi ilə bağlı yekun bəyanatı imzalamaqla anlaşmaya nail olacaqlar.


OXŞAR XƏBƏRLƏR