"Turan Tovuz" yeni mövsümə hazırlaşmaq üçün Türkiyəyə yollanacaq

"Turan Tovuz" yeni mövsümə hazırlaşmaq üçün Türkiyəyə yollanacaq
İDMAN
12:42 29.06.2025
370
"Turan Tovuz" yeni mövsümə hazırlaşmaq üçün Türkiyəyə yollanacaq.

Klubdan AZXEBER.COM-a verilən məlumata görə, komanda iyulun 1-də Hünər təlim-məşq bazasında çalışmalara start verəcək.

Təlim-məşq toplanışının ilk hissəsini Bakıda keçəcək qərb təmsilşisi iyulun 6-da Türkiyəyə yola düşəcək.

Ankaranın Qızılcahamam bölgəsindəki "Çam Otel”də məskunlaşacaq tovuzlular iyulun 19-dək məşqlərini burada davam etdirəcək.

Türkiyə toplanışının ikinci mərəhələsi isə Bolu bölgəsində həyata keçiriləcək. "Von Resort Abant” otelində məskunlaşacaq bölgə klubunun Bolu toplanışı 24 iyul – 6 avqust tarixləri arasında baş tutacaq. Baş məşqçi Kurban Berdıyev Türkiyə toplanışı çərçivəsində 4 yoxlama görüşündə komandanı sınaqdan keçirəcək.
OXŞAR XƏBƏRLƏR