"Turan" yenə darmadağın oldu

İDMAN
08:00 18.08.2012
1699

Dünən keçirilən dörd oyunla əvəzedici komandaların ölkə birinciliyində III tura start verilib.

AZXEBER.COM-un məlumatına görə, tur meydança sahibləri üçün uğurlu olub. Belə ki, dörd oyundan üçündə ev sahibləri sevinib. “Turan”ın ard-arda ikinci oyunda da qapısından 5 top buraxması diqqət çəkib. İndi isə nəticələri diqqətinizə çatdırırıq:

17 avqust

“Simurq”- “Turan” 5:1Qollar: Rəvan Alxasov, 40; Sərxan Abdullayev, 48; 63; Həsən Qəhrəmanov, 75 (p.); Balaş Oruclu, 87 / Seymur Tağıyev, 38)“Kəpəz”- AZAL 2:1Qollar: Coşqun Süleymanov, 23; Malik Babayev, 90+1 / Şahin Zeynalov, 87)“Neftçi”- “Qəbələ” 1:0Qol: İlham Allahverdiyev, 12“Rəvan”- “Bakı” 1:3Qollar: Murad Axundzadə, 28 / Elşən Rzazadə, 49 (p.); Tural Qürbətov, 71; Ülvi Quliyev, 73 (p.))Tura bu gün keçiriləcək iki qarşılaşma ilə yekun vurulacaq:18 avqust (şənbə)“Sumqayıt” – “Qarabağ”Hakimlər: Ramil Diniyev, Vüqar Bayramov, Aleksandr Musatkin, Ceyhun HaşımovHakim-inspektor: Hafiz ƏliyevDalğa Arena, köməkçi meydança, 18:00“İnter” – “Xəzər Lənkəran”Hakimlər: Ramil Əhmədov, Elxan Əsgərzadə, Ruslan Babayev, Yusif HüseynovHakim-inspektor: Məhəmməd Məmmədov

OXŞAR XƏBƏRLƏR