TuranBank 2025-ci ilin III rübünün nəticələrini elan edib

TuranBank 2025-ci ilin III rübünün nəticələrini elan edib
İQTİSADİYYAT
16:49 15.10.2025
166
Ölkənin aparıcı banklarından biri olan TuranBank ASC 2025-ci ilin III rübünün yekunlarına əsasən maliyyə göstəriciləri üzrə bazar mövqeyini qoruyub saxlayıb.

2025-ci ilin III rübünün yekunlarına görə TuranBank-ın cəmi aktivləri 5 % artaraq 893 mln. manata çatıb. Hesabat dövründə Bank qarşıya qoyulan strateji hədəfinə uyğun olaraq mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsini daha da artırıb. Belə ki, Bankın kredit portfeli ötən ilin sonu ilə müqayisədə 9.1% və ya 59 mln. manat artaraq 711 mln. manat, o cümlədən biznes müştərilərinə verilmiş kreditləri 368 mln. manat təşkil edib. Bankın fiziki şəxslərin depozitləri 20 mln. artaraq 386 mln. manat, olub ki, bu da müştərilərin Banka olan yüksək etimadının göstəricisidir.

O cümlədən ötən ilin analoji dövrü ilə müqayisədə TuranBank-ın əməliyyat mənfəəti 25% və ya 4 mln. manat artaraq 21.3 mln. manata, faiz gəlirləri 12.7% və ya 9 mln. manat artaraq 75 mln. manata, qeyri-faiz gəlirləri isə 16.8 % və ya 3 mln. artaraq 17 mln manata yüksəlib. Qeyd edək ki, Bank 2025-ci ilin III rübünü 1.6 mln manat xalis mənfəətlə başa vurub.

2025-ci il III rübü ərzində TuranBank institusional inkişaf və biznes subyektlərinin maliyyələşdirilməsi üzrə kredit xətlərinin cəlb edilməsi istiqamətində digər beynəlxalq maliyyə qurumları ilə də əməkdaşlıq əlaqələrini uğurla inkişaf etdirib. Belə ki, Bank Asiya İnkişaf Bankının Ticarət və Təchizat Zəncirinin Maliyyə Proqramından (TSCFP) yararlanmağa başlayıb. Bununla yanaşı ölkəmizdə, xüsusilə regionlarda kiçik və orta biznesin, sahibkarlıq subyektlərinin yerli valyutada maliyyə resurslarına çıxış imkanlarını daha da genişləndirmək məqsədilə TuranBank nüfuzlu BlueOrchard Beynəlxalq Mikromaliyyələşdirmə Fondu ilə 3 illik müddətə 15 milyon ABŞ dolları məbləğində yerli valyutada, ECO Ticarət və İnkişaf Bankı ilə 5 illik müddətə 5 milyon Avro həcmində, İslam Əməkdaşlıq Təşkilatının Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) ilə  5 il müddətinə 15 milyon ABŞ dolları məbləğində maliyyələşdirmə istiqamətində saziş imzalayıb.

TuranBank-ın KOS sektorunun inkişafı istiqamətində atdığı səmərəli və davamlı addımlarının, eləcə də beynəlxalq maliyyə institutları ilə uğurla həyata keçirdiyi strateji tərəfdaşlıqlarının nəticəsidir ki, Bank Asiya İnkişaf Bankı (ADB) tərəfindən təşkil olunan və beynəlxalq maliyyə sektorunda yüksək nüfuza malik olan "11-ci Ticarət və Təchizat Zəncirinin Maliyyələşdirilməsi Proqramı üzrə Mükafatlar – 2025” (11th Trade and Supply Chain Finance Program Awards 2025) çərçivəsində "Ən Yaxşı KOS Maliyyələşməsi Layihəsi” (Best SME Deal of the Year) nominasiyasının qalibi elan edilib.

1992-ci ildən etibarən fəaliyyət göstərən TuranBank 22 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. TuranBank-ın ölkə üzrə xidmət şəbəkəsi haqqında ətraflı məlumatı keçidə daxil olaraq əldə edə bilərsiniz. Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı (012) 935 Məlumat Mərkəzinə zəng edərək,  TuranBank-ın rəsmi veb səhifəsini və ya sosial şəbəkələrdəki (Feysbuk, İnstaqram, və s.) səhifələrini izləyərək əldə edə bilərsiniz.
 
TuranBank
Bizimlə etibarlıdır...

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Birinci vitse-prezident bazilikadakı bərpa işləri ilə tanış oldu - FOTOLAR
23:20 16.10.2025
Birinci vitse-prezident bazilikadakı bərpa işləri ilə tanış oldu - FOTOLAR
Pakistanın baş naziri Əfqanıstanla danışıqların aparılması üçün şərtini açıqladı
23:08 16.10.2025
Pakistanın baş naziri Əfqanıstanla danışıqların aparılması üçün şərtini açıqladı
Birinci vitse-prezident Müqəddəs Pavel Bazilikasının baş keşişi ilə görüşüb - FOTOLAR
22:52 16.10.2025
Birinci vitse-prezident Müqəddəs Pavel Bazilikasının baş keşişi ilə görüşüb - FOTOLAR
Mehriban Əliyeva, qızları və gəlini Vatikanda açılışa qatıldı - FOTOLAR
22:47 16.10.2025
Mehriban Əliyeva, qızları və gəlini Vatikanda açılışa qatıldı - FOTOLAR
Ağ Ev: Tramp Putinin və Zelenskinin görüşünü mümkün hesab edir
22:34 16.10.2025
Ağ Ev: Tramp Putinin və Zelenskinin görüşünü mümkün hesab edir
İsrailin XİN başçısı: HAMAS 19 girovun cəsədini qaytarmır
22:30 16.10.2025
İsrailin XİN başçısı: HAMAS 19 girovun cəsədini qaytarmır
Azərbaycan üzgüçülük millisinə yeni baş məşqçi təyin olundu
22:12 16.10.2025
Azərbaycan üzgüçülük millisinə yeni baş məşqçi təyin olundu
Qətli Monteneqrodan qayıdaraq törədib - VİDEO
22:01 16.10.2025
Qətli Monteneqrodan qayıdaraq törədib - VİDEO
Mərkəzi Hərbi Sanatoriyanın rəisinin həbsi ilə bağlı MN-dən açıqlama
21:58 16.10.2025
Mərkəzi Hərbi Sanatoriyanın rəisinin həbsi ilə bağlı MN-dən açıqlama
Upamekano uğrunda “El Klasiko”
21:44 16.10.2025
Upamekano uğrunda “El Klasiko”
Tramp Putinlə Budapeştdə görüşəcəyini açıqlayıb
21:40 16.10.2025
Tramp Putinlə Budapeştdə görüşəcəyini açıqlayıb
Aktiv buraxılış kartları ilə bağlı rəsmi açıqlama
21:28 16.10.2025
Aktiv buraxılış kartları ilə bağlı rəsmi açıqlama
Almaniya XİN başçısı Türkiyəyə səfər edəcək
21:24 16.10.2025
Almaniya XİN başçısı Türkiyəyə səfər edəcək
Tovuzda 29 yaşlı qadının qətlə yetirilməsi ilə bağlı cinayət işi başlandı
21:13 16.10.2025
Tovuzda 29 yaşlı qadının qətlə yetirilməsi ilə bağlı cinayət işi başlandı
Samir Şərifov ICAPP Daimi Komitəsinin nümayəndə heyəti ilə görüşüb
20:52 16.10.2025
Samir Şərifov ICAPP Daimi Komitəsinin nümayəndə heyəti ilə görüşüb
Ermənistanın Azərbaycan iqtisadiyyatına vurduğu ziyanla bağlı sənədlər məhkəmədə tədqiq edilib
20:44 16.10.2025
Ermənistanın Azərbaycan iqtisadiyyatına vurduğu ziyanla bağlı sənədlər məhkəmədə tədqiq edilib