TuranBank ASC müştərilərinə “Açıq bankçılıq” funksionallığını təqdim edib

TuranBank ASC müştərilərinə “Açıq bankçılıq” funksionallığını təqdim edib
İQTİSADİYYAT
15:25 10.10.2025
333

Rəqəmsal bankçılıq xidmətlərinin genişləndirilməsi və müştəri məmnuniyyətinin artırılması istiqamətində fəaliyyətini davam etdirən TuranBank ASC "Açıq bankçılıq” funksionallığını mobil tətbiq vasitəsilə müştərilərinə təqdim edib. 

AZXEBER.COM xəbər verir ki,yeni funksionallıq müştərilərə onların öz razılıqları əsasında digər banklarda olan hesabları və bu hesablar üzrə aparılan ödəniş əməliyyatları haqqında məlumatları TuranBank mobil tətbiqi və İnternet Bankçılıq üzərindən mərkəzləşdirilmiş şəkildə izləmək imkanı yaradır. Müştərilər mobil tətbiq və İnternet Bankçılıq üzərindən balanslarını, əməliyyat tarixçələrini və ümumi maliyyə vəziyyətlərini asanlıqla izləyə,məlumat paylaşımı üçün icazə müddətini isə özləri müəyyən edə bilərlər (30 gündən 90 günədək).

Məlumat üçün bildirək ki, "Açıq bankçılıq” konsepsiyası maliyyə xidmətlərinə çıxış imkanlarının əhəmiyyətli dərəcədə sadələşdirilməsini, banklar və Fintex şirkətləri arasında məlumat mübadiləsinin təhlükəsiz şəkildə aparılmasını və rəqəmsal maliyyə ekosistemində innovativ maliyyə xidmətlərinin inkişafına təkan verilməsini təmin edir.

Bundan sonra da, TuranBank ASC müasir bankçılıq həlləri və innovativ yanaşmalar ilə müştərilərinə etibarlı və çevik xidmət göstərməkdə davam edəcək.

1992-ci ildən etibarən fəaliyyət göstərən TuranBank 22 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir.

 Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı rəsmi veb səhifəsini və ya sosial şəbəkələrdəki (Feysbuk, İnstaqram və s.) səhifələrini izləyərək əldə edə bilərsiniz.

 

TuranBank

Bizimlə etibarlıdır...

 

 

 

 

 

 

OXŞAR XƏBƏRLƏR