TuranBank DOST Agentliyi ilə birgə tənha ahıl şəxslər üçün düşərgə təşkil edib -"Qəlbi cavanlar"

İQTİSADİYYAT
15:11 18.11.2024
183

Sosial məsuliyyətli bankçılıq prinsiplərinə sadiq qalan TuranBank növbəti xeyriyyə aksiyasına imza ataraq DOST Agentliyin "Korporativ DOST" altproqramı çərçivəsində tənha ahıl şəxslər üçün düşərgə təşkil edib.

AZXEBER.COM xəbər verir ki, bank DOST Agentliyinin "Könüllü DOST" proqramı ilə birgə yaşı 65-dən yuxarı olan ahıllar üçün asudə vaxtın səmərəli təşkili və icmalaşma məqsədilə Zirə Ekopark-da "Qəlbi Cavanlar” təlim və yaradıcılıq düşərgəsi həyata keçirib. 30 nəfər yaşlı şəxs üçün düşərgədə yoqa masterklassı, Xalça Muzeyinə və Orxideya Evinə ekskursiya, Ekoparkda fəaliyyət göstərən kinoteatrda film nümayişi, eləcə də şahmat yarışları təşkil edilib. Sonda adıçəkilən sosial layihə çərçivəsində iştirakçılara simvolik hədiyyələr təqdim olunub. 

Məlumat üçün bildirək ki, layihənin məqsədi yaşı 65-dən yuxarı olan tənha ahılların müasir mühitə uyğunlaşması üçün zəruri bilik və bacarıqlarının artırılması, onların təcrübəsinin gənc nəslə ötürülməsi, onların asudə vaxtlarının keyfiyyətli təşkili ilə "bərabərlərin icmalaşması”nın təşviq edilməsi və Korporativ Sosial Məsuliyyətlilik çərçivəsində dövlət və özəl təşkilatlarla əlaqələrin inkişaf etdirilməsidir.

Qeyd edək ki, TuranBank Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində daim həssas əhali qruplarını diqqət mərkəzində saxlayır, hər zaman şəhidlərimizin ailə üzvlərinin, qazilərimizin sosial müdafiəsi və ehtiyaclarının qarşılanması üzrə təşəbbüslərdə, həmçinin ətraf mühit naminə görülən tədbirlərdə aktiv iştirak edir. Bundan sonra da TuranBank həssas əhali qruplarının ehtiyaclarının qarşılanması üzrə aksiyalar edərək onların üzündə təbəssüm yaratmağa davam edəcək. 

1992-ci ildən etibarən fəaliyyət göstərən TuranBank ASC 22 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı (012) 935 Məlumat Mərkəzinə zəng edərək, TuranBank-ın rəsmiveb səhifəsinivə ya sosial şəbəkələrdəki(FaceBook,İnstagram, və.s) səhifələrini izləyərək əldə edə bilərsiniz.

 


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir