Azərbaycanda real sektorun inkişafını dəstəkləyən aparıcı maliyyə institutlarından biri olan TuranBank ASC, beynəlxalq maliyyə bazarlarında mövqeyinin möhkəmləndirilməsi və yerli iqtisadiyyatın maliyyələşdirilməsi imkanlarının genişləndirilməsi strategiyası çərçivəsində İsveçrənin nüfuzlu responsAbility Investments AG şirkəti ilə yeni əməkdaşlıq sazişi imzalayıb.
Sazişə əsasən, responsAbility Investments AG tərəfindən TuranBank-a 3 il müddətinə yerli valyutada 10 milyon ABŞ dolları ekvivalentində maliyyə vəsaiti təqdim olunub. Ayrılmış vəsaitin Azərbaycanın qeyri-neft sektorunun, xüsusilə kiçik və orta sahibkarlıq subyektlərinin (KOS) maliyyələşdirilməsinə yönəldilməsi nəzərdə tutulur. Maliyyələşmənin yerli valyutada təqdim edilməsi sahibkarların valyuta məzənnəsi risklərindən qorunmasına, eyni zamanda biznes layihələri üçün daha əlverişli və dayanıqlı maliyyələşmə şərtlərinin formalaşmasına şərait yaradacaqdır. Bu təşəbbüs ölkədə iqtisadi şaxələndirmənin dərinləşdirilməsinə və sahibkarlıq mühitinin inkişafına mühüm töhfə verəcəkdir.
TuranBank ASC 1992-ci ildə təsis edilmiş və Azərbaycan maliyyə sektorunda fəaliyyət göstərən ən sabit və etibarlı qurumlardan biri kimi tanınır. Bank, müştərilərinə beynəlxalq standartlara uyğun geniş çeşidli maliyyə xidmətləri təqdim edir. Hazırda ölkə üzrə 22 xidmət nöqtəsi ilə fəaliyyət göstərən TuranBank ASC, 33 illik fəaliyyəti ərzində dayanıqlı inkişaf nümayiş etdirib. Bank şəffaflıq, etibarlılıq və sosial məsuliyyət prinsiplərinə sadiqliyi ilə seçilərək, ölkənin bank sektorunda mühüm rol oynamaqda davam edir. Ətraflı məlumat üçün: www.turanbank.az
TuranBank
Bizimlə etibarlıdır...










































