“Biz burada olmaya bilərik, Space TV-ni qoruyun”

“Biz burada olmaya bilərik, Space TV-ni qoruyun”
MAQAZİN
18:48 16.04.2026
430
 Bu gün "Space” televiziyasında təcili iclas keçirilib.

AZXEBER.COM Manset.az-a istinadən yazır ki, televiziyanın rəhbəri vəzifəsini müvəqqəti icra edən Nəriman Əbdüləliyevin göstərişi ilə kanalın bütün əməkdaşları anidən foyeyə çağırılıb.

İclasda departament rəhbərləri də iştirak ediblər. Nəriman Əbdüləliyev televiziyanın əməkdaşlarından halallıq istəyib:

"Vado Korovinin rəhbərlik etdiyi dövrdə kiminsə xətrinə dəymişiksə, bizi bağışlasınlar. Biz burada olmaya bilərik. Space TV-ni qoruyun”, – deyə o bildirib.

 


 

OXŞAR XƏBƏRLƏR