Kolumbiyanın turistik şəhəri Santa Fe de Antioquiada 7 insan cəsədi tapılıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, işgəncə izləri olan meyitlər ekspertiza üçün məhkəmə-tibb mərkəzinə aparılıb.
Qəsəbənin Antioquia inzibati bölgəsindəki kənd ərazisində çoxlu cəsədin tapıldığı xəbəri üzərinə hadisə yerinə gələn polis qrupları, 7 nəfərin güllələnərək öldürüldüyünü təyin edib.
Kolumbiya mətbuatında dərc olunan xəbərdə cinayətlərdən Clan del Golfo şəbəkəsinin məsuliyyət daşıdığı və qeyri-qanuni qızıl ticarəti səbəbiylə bölgədə dəstələr arasında qarşıdurma yaşandığı paylaşılıb.
Mikayıl