Turistlə danışdıqdan sonra məşhurlaşan 13 yaşlı İbrahim barədə MARAQLI MƏQAMLAR - VİDEO

Turistlə danışdıqdan sonra məşhurlaşan 13 yaşlı İbrahim barədə MARAQLI MƏQAMLAR - VİDEO
SOSİAL
11:09 10.03.2023
398
Əcnəbi turistlə ingilis dilində danışması ilə məşhurlaşan 13 yaşlı İbrahim Zeynalov Qubanın Xınalıq kənd orta məktəbinin 6-cı sinif şagirdidir.

İntellekti və dünya görüşü ilə yaşdılarından fərqlənən İbrahim ingilis dilində həm filmlərə baxır, həm də kitab oxuyur.

Kəndə gələn xarici qonaqlarla ünsiyyət qurması da bu səbəbdən rahat alınır. Azyaşlının atası Bəhmən Zeynalov aztv-yə bildirib ki, övladı kəndə gələn qonaqlarla tez-tez ünsiyyətdə olur.
 

OXŞAR XƏBƏRLƏR