Turizm Bürosu: “Ölkədə qonaq evlərinin sayının artımı hotellərin qiymətinə təsir edəcək”

Turizm Bürosu: “Ölkədə qonaq evlərinin sayının artımı hotellərin qiymətinə təsir edəcək”
SOSİAL
15:32 18.06.2022
219
Pandemiyadan sonra Azərbaycanda qonaq evlərinin sayı sürətlə artır, bu isə turizm sektorunda rəqabətə və daha yaxşı xidmətin yaranmasına səbəb olur.

AZXEBER.COM xəbər verir ki, bunu Azərbaycan Turizm Agentliyinin Turizm Bürosunun Regional İnkişaf bölməsinin müdiri Hüseyn Məmmədov deyib.

Onun sözlərinə görə, pandemiya dövründən sonra yerli turistlər Azərbaycanı kəşf etməyə başlayıblar: "Düşünürəm ki, bu tendensiya regionlarda sahibkarlar tərəfindən bir çox maraqlı məkanların ərsəyə gəlməsinə şərait yaradıb. Bu gün regionlarda turistlər üçün münbit imkanlar yaradılıb. Artıq hotellərə alternativ olaraq qonaq evlərinin sayı sürətlə artır. Maraqlı konsepti olan gecələmə yerləri var, "rainway hous”ları nümunə çəkə bilərik. Bu kimi evlərin sayı günbəgün artır. Sahibkarlar görürlər ki, artıq yerli turistlər bu kimi evlərə üz tuturlar. Belə olan halda sahibakların da bu tipli evlərin yaradılmasına maraqları artır və bu sahədə rəqabət formalaşır”.

O əlavə edib ki, bayram günlərində, yəni tələbin çox olduğu günlərdə hotellərdə qiymət artır, qonaq evlərinin Azərbaycanda sürətlə yayılması və inkişafı , artıq bazarda rəqabətə gətirib çıxaracaq, çünki artıq qonaq evlərinə böyük investisiya yatırırlar: "Qonaq evlərindəki şərait hotellərdəki xidmətdən geri qalmır. Ölkədə kifayət qədər maarifləndirmə işləri aparılır ki, qonaq evlərində xidmət səviyyəsi daha da yüksəlsin”.

H.Məmmədov deyib ki, Dövlət Turizm Agentliyi, yerli qeyri-hökumət təşkilatları Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlar müvafiq istiqamət üzrə çalışırlar: "Həmçinin, Turizm Agentliyinin dövlət qurumları ilə birgə layihəmiz ərsəyə gəlib. Layihə kəndlərdə sahibkarlığın inkişafı ilə bağlı, kənd evlərinin infrastrukturunun təkmilləşdirilməsi, kənd evlərinə keyfiyyətli inventarların təqdim edilməsi ilə bağlı idi. Son bir il ərzində 70-dən çox kənd evinə, qonaq evinə inventarlar təqdim edilib. Eyni zamanda, bu evlərdə infrastrukturun təkmilləşdirilməsi ilə bağlı işlər görülüb. Həmçinin, müvafiq sahibaklara müntəzəm olaraq təlimlər həyata keçirilir. Bu günə qədər qonaq evləri gizli və illeqal fəaliyyət göstərirdisə, artıq sevindirici haldır ki, qonaq evləri "VÖEN”lərini açırlar və vergilərini ödəyirilər”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Əri tərəfindən güllələnən qadının vəziyyəti açıqlandı
17:49 17.07.2025
Əri tərəfindən güllələnən qadının vəziyyəti açıqlandı
Azərbaycanda ilk dəfə – Beynəlxalq Mini MBA Proqramı start götürür!
17:43 17.07.2025
Azərbaycanda ilk dəfə – Beynəlxalq Mini MBA Proqramı start götürür!
5 yaşlı Xocalı qurbanının məzarı açıldı - VİDEO
17:11 17.07.2025
5 yaşlı Xocalı qurbanının məzarı açıldı - VİDEO
"Senzuranın ləğvindən sonra tənqidi jurnalistika inkişaf etdi" -  Vüsalə Mahirqızı ilə müsahibə
16:59 17.07.2025
"Senzuranın ləğvindən sonra tənqidi jurnalistika inkişaf etdi" - Vüsalə Mahirqızı ilə müsahibə
"Suna"nın yeni layihəsi bəlli oldu
16:51 17.07.2025
"Suna"nın yeni layihəsi bəlli oldu
Pakistanda FACİƏ: 24 saatda 93 nəfər ölüb, yüzlərlə yaralı var
16:45 17.07.2025
Pakistanda FACİƏ: 24 saatda 93 nəfər ölüb, yüzlərlə yaralı var
Bakıda bu ilin altı ayı üzrə 7 min 549 cinayət qeydə alındı
16:42 17.07.2025
Bakıda bu ilin altı ayı üzrə 7 min 549 cinayət qeydə alındı
Politoloq: "Azərbaycan və Türkmənistan arasında strateji əməkdaşlıq 2017-ci ildən etibarən formalaşıb"
16:31 17.07.2025
Politoloq: "Azərbaycan və Türkmənistan arasında strateji əməkdaşlıq 2017-ci ildən etibarən formalaşıb"
Telman Hacıyev vəfat etdi
16:25 17.07.2025
Telman Hacıyev vəfat etdi
"Mən şou-biznesi yaradanlardanam" - Sərxandan iddia
16:23 17.07.2025
"Mən şou-biznesi yaradanlardanam" - Sərxandan iddia
Kirayədən çıxıb öz evinə köçmək istəyənlər üçün əla fürsət: 124 691 manata tam təmirli mənzil - "Kristal!"
16:18 17.07.2025
Kirayədən çıxıb öz evinə köçmək istəyənlər üçün əla fürsət: 124 691 manata tam təmirli mənzil - "Kristal!"
"Oxuduğum iki yüz mahnıdan ikisini bəyənirəm" - Nüşabə
16:13 17.07.2025
"Oxuduğum iki yüz mahnıdan ikisini bəyənirəm" - Nüşabə
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
15:57 17.07.2025
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
Tarixdə bu gün - 17 iyul nə günüdür?
15:55 17.07.2025
Tarixdə bu gün - 17 iyul nə günüdür?
"Milli Mətbuat – 150" minifutbol turnirinin Mətbuat Şurasında təqdimatı baş tutdu - FOTOLAR
15:50 17.07.2025
"Milli Mətbuat – 150" minifutbol turnirinin Mətbuat Şurasında təqdimatı baş tutdu - FOTOLAR
"Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələyə qədəm qoyur"
15:43 17.07.2025
"Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələyə qədəm qoyur"