Turizm Filmləri Festivalında münsiflər heyəti açıqlanıb

MƏDƏNİYYƏT
19:00 13.11.2013
1343

Noyabrın 20-dən 24-dək Bakıda keçiriləcək I Bakı Beynəlxalq Turizm Filmləri Festivalında münsiflər heyətinin sədri tanınmış telejurnalist Azər Qərib olacaq.

AZXEBER.COM xəbər verir ki, festivalın müsabiqə proqramına 31 ölkədən 78 film daxil edilib.Nizami Kino Mərkəzində nümayiş olunacaq filmləri kinematoqrafçılardan, həmçinin səyahət və turizm ekspertlərindən ibarət 7 nəfərlik beynəlxalq münsiflər heyəti qiymətləndirəcək.Münsiflər heyətinin 3 üzvü Azərbaycandan - Azər Qərib, Vasif Babayev, Cəmil Fərəcov, 4 üzvü isə xarici ölkələrin təmsilçisidir (Aleksandr Kammel, Lela Krstevska, Devid Kuper, Qriqoris Koulbanis).Münsiflər heyətinin sədri Azər Qərib 400-dən artıq sənədli film və televiziya proqramının müəllifidir. Dünyanın 80-ə yaxın ölkəsinə səyahət edən Azər Qərib milli televiziya məkanında yayımlanan “Oralar” verilişinin müəllifidir.Bir sıra internet səhifələrində “Azər Qəriblə saat 5-də” verilişinin aparıcı və müəllifi, eləcə də azru.tv internet telekanalının təsisçisi və baş redaktordur.Müxtəlif illərdə “Qızıl qələm” mükafatı (2006), Azərbaycan Jurnalistlər İttifaqının Zərdabi adına mükafatı (2010) və Mədəniyyət və Turizm Nazirliyinin “Əməkdar Turizm İşçisi” fəxri adı (2013) ilə təltif olunub.

OXŞAR XƏBƏRLƏR