Türk alimdən yeni KƏŞF: Artıq beyin xərçəngini...

Türk alimdən yeni KƏŞF: Artıq beyin xərçəngini...
DÜNYA
11:44 23.08.2022
918
Alim Əziz Sancar və komandası daha bir böyük kəşfə imza atıblar. 

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, biokimya və biofizika üzrə Nobel mükafatlı professoru, alim Əziz Sancar və komandası laboratoriyalarda təcrübələrdə tez-tez istifadə edilən EdU kimi tanınan molekulun xüsusilə beyin xərçənginin müalicəsində istifadə oluna biləcəyini kəşf edib. 

Sancarın açıqlamasına görə, beyin xərçəngi olan xəstəyə EdU verilərsə, beyinə gedəcək, xərçəng hüceyrələrinin DNT-sinə daxil olacaq və neyronlara zərər vermədən şişi öldürəcək. Sağlam beyin hüceyrələri zədələnməyəcək, çünki beyin neyronları DNT sintez etmir, yəni çoxalmır, xərçəng hüceyrələri isə müstəqil surətdə çoxalır.

Alim bildirib ki, beyin şişləri ilə bağlı tanınmış professorla işləməyə davam edəcək.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR