"Türk dünyasının gələcəyini təyin edən (f)aktorlar": İstanbulda konfrans keçirildi

"Türk dünyasının gələcəyini təyin edən (f)aktorlar": İstanbulda konfrans keçirildi
SOSİAL
12:43 03.03.2025
391
Türkiyənin İstanbul şəhərində "Yeni qlobal güc balansı: Türk dünyasının gələcəyini təyin edən (f)aktorlar” mövzusunda konfrans baş tutub.

AZXEBER.COM xəbər verir ki, "Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi, "Yeni Çağ” Media Qrupu, Azərbaycan Türkiyə Evi (ATEV) "Makro 2000” və "Mustafazadə” Qrupları və İstanbul Universiteti Azərbaycan Mədəniyyət və Birlik Topluğunun birgə təşkilatçılığı ilə keçirilən konfransda türk dünyasının gələcəyi və Türk Dövlətləri Təşkilatının həyata keçirdiyi və gələcəkdə gerçəkləşdirilməsi planlaşdırılan layihələr müzakirə edilib.

Telejurnalist Turan Ədalətqızının aparıcılığı ilə başlayan konfransın iştirakçıları Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı bütün şəhidləri bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.

Tədbirdə, əvvəlcə, Şimali Kipr Türk Respublikasının (ŞKTR) Prezidenti Ərsin Tatar, Dünya Axısxa Türkləri Birliyinin sədri Ziyattin Kasanov, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Türk dünyasından məsul sədr müavini Kürşad Zorlu və ATEV sədri, millət vəkili Tənzilə Rüstəmxanlının təbrik mesajları səsləndirilib.

Tədbirin açılış çıxışını edən Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, "Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər vurğulayıb ki, Qarabağ zəfəri Türk Dünyası üçün yeni bir dövrün başlanğıcı olub.

O bildirib ki, 2020-ci ilə qədər müxtəlif məsələlər müzakirə olunsa da, bu gün Azərbaycan Prezidentinin "Bizim başqa ailəmiz yoxdur, bizim ailəmiz Türk dünyasıdır” çıxışı türk dünyası üçün yol xəritəsi rolunu oynayır:

"Biz hesab edirik ki, gənclər daha aktiv olmalıdır. Burada həm də medianın, QHT-lərin və xüsusilə gənclərin üzərinə ciddi bir missiya düşür. Biz türk dünyası – Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Azərbaycan, Şimali Kipr Türk Respublikası, Türkiyə və Türkmənistan nümayəndələri olaraq davamlı şəkildə bu cür tədbirlər keçirməliyik”.

Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının başqan vəkili Pərviz Məmmədzadə isə Türkiyə Respublikası Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Trampın Ukrayna Prezidenti Vladimir Zelenskiyə qarşı olan münasibətləri arasındakı fərqə diqqət çəkərək bildirib ki, hazırkı qlobal güclərin dövlətlərə və insanlara münasibəti ilə türk dünyasının münasibəti arasında ciddi fərq mövcuddur.

Beynəlxalq Türk Dilində Danışan Ölkələrin Jurnalistləri Dərnəyinin sədri, araşdırmaçı-yazar Güngör Yavuzaslan, Türkiyədə doktorantura təhsili alan Rəşid Mustafazadə, İstanbul Jurnalistlər Federasiyasının prezidenti Adil Koçalan, "Worldtürk” telekanalı sahibi Adem Ərdağı, "Ulusal Kanal”ın aparıcısı Yeşim Əryılmaz, Turan Federasiyası İdarə Heyəti üzvü Hakan Seyidoğlu, gənc alim Anar Can Kıtay, Qazax Türkləri Mədəniyyət və Araşdırma Dərnəyinin Baş katibi Orhun Akdağ çıxış edərək türk dünyası birliyinin gücləndirilməsi, strateji ittifaqların genişləndirilməsi və birgə fəaliyyətin artırılması məsələləri barədə fikirlərini bölüşüblər.
 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
FHN yağıntılı hava şəraiti ilə bağlı xəbərdarlıq edib
18:06 11.05.2025
FHN yağıntılı hava şəraiti ilə bağlı xəbərdarlıq edib
İmtahan nəticələri nə vaxt elan olunacaq?
17:54 11.05.2025
İmtahan nəticələri nə vaxt elan olunacaq?
Xudafərin körpüsünün sütun hissəsində qazıntı aparan İran vətəndaşları aşkarlanıb
17:46 11.05.2025
Xudafərin körpüsünün sütun hissəsində qazıntı aparan İran vətəndaşları aşkarlanıb
Maskatda Vaşinqton və Tehran arasında danışıqların növbəti raundu başlayıb
17:17 11.05.2025
Maskatda Vaşinqton və Tehran arasında danışıqların növbəti raundu başlayıb
Ərdoğan və Putin arasında telefon danışığı olub
16:57 11.05.2025
Ərdoğan və Putin arasında telefon danışığı olub
Papa XIV Leodan dünya liderlərinə ÇAĞIRIŞ
16:36 11.05.2025
Papa XIV Leodan dünya liderlərinə ÇAĞIRIŞ
"Haber Global": Kahramanmaraşda 1 213 ev tezliklə qanuni sahiblərinə təhvil veriləcək
16:24 11.05.2025
"Haber Global": Kahramanmaraşda 1 213 ev tezliklə qanuni sahiblərinə təhvil veriləcək
Parapauerliftinqçimiz Dünya Kubokunda 2 qızıl medal qazanıb
15:55 11.05.2025
Parapauerliftinqçimiz Dünya Kubokunda 2 qızıl medal qazanıb
"Qarabağ" klubu dünya reytinqində 10 pillə irəliləyib
15:53 11.05.2025
"Qarabağ" klubu dünya reytinqində 10 pillə irəliləyib
Ağdam, Əsgəran, Xocalı və Xankəndi arasında dairəvi elektrik təchizatı sxemi yaradılacaq
15:37 11.05.2025
Ağdam, Əsgəran, Xocalı və Xankəndi arasında dairəvi elektrik təchizatı sxemi yaradılacaq
Xocalının Xanabad kəndindəki heyvandarlıq kompleksində 55 nəfər işlə təmin edilib
15:12 11.05.2025
Xocalının Xanabad kəndindəki heyvandarlıq kompleksində 55 nəfər işlə təmin edilib
Ərdoğan: Ukraynada müharibənin sona çatması yolunda tarixi dönüş əldə edilib
14:57 11.05.2025
Ərdoğan: Ukraynada müharibənin sona çatması yolunda tarixi dönüş əldə edilib
DSX: "Xudafərin" körpüsünün sütun hissəsində qazıntı aparan İran vətəndaşları aşkarlanıb
14:38 11.05.2025
DSX: "Xudafərin" körpüsünün sütun hissəsində qazıntı aparan İran vətəndaşları aşkarlanıb
Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi vahid nəqliyyat qovşağı kimi fəaliyyət göstərəcək
14:20 11.05.2025
Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi vahid nəqliyyat qovşağı kimi fəaliyyət göstərəcək
Naxçıvanın ədliyyə orqanlarına qəbul imtahanı keçirilib
14:05 11.05.2025
Naxçıvanın ədliyyə orqanlarına qəbul imtahanı keçirilib
Türkiyədə “Azərbaycan Kino Günləri” keçiriləcək
13:43 11.05.2025
Türkiyədə “Azərbaycan Kino Günləri” keçiriləcək