178 milyon əhalisi və 1,9 trilyon dollarlıq iqtisadi böyüklüyü olan Türk Dövlətləri zəngin təbii sərvətləri və "orta dəhliz” adlanan strateji ticarət yolu üzərində yerləşdikləri üçün böyük imkanlar təqdim edir.
Özəl sektor nümayəndələri də prosesdən kənarda qalmamalı və qarşılıqlı investisiya, layihələr və əməkdaşlıq müxtəlif sahələri əhatə edəcək şəkildə genişləndirilməlidir.
Biz Mərkəzi Asiya ilə Azərbaycan arasında regional əməkdaşlığa töhfə vermək üçün əlimizdən gələni etməliyik.
Bu sahədə əsas layihəmiz T.R. Ticarət Nazirliyi himayəsində, Türk Dövlətləri Təşkilatı - Türk Ticarət və Sənaye Palataları Birliyi əməkdağıyla, Rok Uluslararası Danışmanlık ve EXPO şirkətinin təşkilatçılığıyla 7-9 noyabr 2024-cü il tarixlərində İstanbul Sərgi Mərkəzində (İFM) təşkil edəcəyimiz "Türk Ticarət Sərgisi - Türk Dövlətləri Ticarət və İnvestisiya Əməkdaşlıq Forumu və Sərgisi" dir.
Türk Ticarət Sərgisi (TTF) Türk Dövlətləri: Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Macarıstan, Türkmənistan, Şimali Kipr Türk Respublikası arasında ticarət, sənaye, investisiya, texnologiya və xidmətləri inkişaf etdirmək və bu xidmətlərin dünyanın digər yerlərində marketinqini asanlaşdırmaq məqsədi daşıyan 8 ölkənin dövlət qurumları tərəfindən dəstəklənən, Türk dövlətlərinin iş dünyasının ən böyük görüşü olacaq sərgi və forumdur.
Hər il mütəmadi olaraq bir Türk Dövlətlətində təşkil edəcəyimiz ‘Türk Ticarət Sərgisi’ndə əsas məqsədimiz Türk dövlətləri arasında ticarət, sənaye, investisiyalar, texnologiya, xidmətlər və digər iqtisadi sahələrin tanıdılması, inkişaf etdirilməsi, gücləndirilməsi və iş insanları arasında əməkdaşlığın genişləndirilməsidir.
Sərgidə 20-dən çox sahədə məhsul qrupları və yeni texnologiyalar sərgilənəcək, ölkələrin investisiya imkanları, mühüm sektorlar, iş insanlarının problemləri, həlli təklifləri və digər aktual məsələlər ekspert məruzəçilərlə konfranslarda müzakirə olunacaq, ikitərəfli(B2B) və franchise görüşləri ilə şirkətlərin strateji tərəfdaşlıqları inkişaf etdirələcək və türk dövlətlərinin ortaq brendləri yaradılacaqdır.
Azərbaycan prezidentimiz İlham Əliyevin dediyi kimi, bizim ailəmiz Türk Dünyasıdır. Biz birgə səylərimizlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada güc mərkəzinə çevrilsin. Biz buna ancaq birlikdə nail ola bilərik.
Qardaş ölkələr olaraq tərəfdaşlıq əsasında birliyimizi və inteqrasiyamızı artıraraq daha parlaq gələcəyə birlikdə addımlayacağıq.
TTF qeydiyyat ve məlumatlar: https://www.turkictradefair.com.tr/iletisim/