"Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması məsələsinə münasibət yüksək qiymətləndirilir"

"Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması məsələsinə münasibət yüksək qiymətləndirilir"
SİYASƏT
14:48 16.05.2022
310
Qardaş türk dövlətlərinin Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması məsələsinə münasibəti ölkəmiz tərəfindən yüksək qiymətləndirilir.

Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatasının sədri Nurdinjon İsmoilovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Azərbaycanın beynəlxalq əlaqələrinə toxunan Prezident İlham Əliyev ölkəmizin bütün dövlətlərlə, o cümlədən qonşu ölkələrlə yaxşı münasibətlərə malik olduğunu vurğulayaraq, Azərbaycan tərəfinin Ermənistanla sülh müqaviləsinin imzalanmasını təklif etdiyini bir daha xatırladıb.
OXŞAR XƏBƏRLƏR