Türk əsgərləri ilə “İŞİD”çilər arasında atışma baş verib

DÜNYA
19:33 23.07.2015
1118
İlkin məlumatlara görə, 1 türk əsgəri həlak olub, 2 əsgər yaralanıb

Türkiyə-Suriya sərhədində, Kilis vilayəti ərazisində “İŞİD” terrorçuları ilə Türkiyə əsgərləri arasında atışma baş verib.

AZXEBER.COM-un  “Milliyet”ə istinadən verdiyi məlumata görə, Kilisin Əlbəyli rayonu ərazisində,Suriya ilə sərhəddə keşik çəkən türk əsgərlərinə Suriya da “İŞİD”in nəzarətində olan ərazidən atəş açılıb. Nəticədə 1 əsgər şəhid olub, 2-si yaralanıb.

Hadisənin bir qrup “İŞİD” üzvünün Türkiyəyə keçməyə cəhd göstərərkən baş verdiyi, terrorçuların ölkəyə keçməsinə imkan verməyən əsgərlərin iriçaplı silahlardan atəşə məruz qaldığı bildirilir. Türkiyə hərbçilərinin cavab atəşi açdığı və 1 “İŞİD”çinin öldürüldüyü xəbər verilir.

Bölgəyə əlavə qüvvələr göndərilib.

OXŞAR XƏBƏRLƏR