NATO-nun sülhməramlı qüvvələrində xidmət edən türk kontingenti ölkənin cənubundakı Draqaş bələdiyyəsində Fətah Süleymani ibtidai məktəbində uşaq meydançası yaradıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə Balkanlardakı tarixi mirası hər sahədə qorumağa davam edir.
NATO-nun Kosovo Sülh Qüvvələrində fəaliyyət göstərən Türkiyə Nümayəndə heyəti ölkənin cənubundakı Draqaş bələdiyyəsində Süleymani ibtidai məktəbi üçün uşaq meydançası yaradıb.
Məktəbdə keçirilən açılış mərasimində Türkiyənin Priştinadakı səfiri Sabri Tunç Angılı, Türkiyə nümayəndə heyətinin rəhbəri polkovnik Sabri Gökhan Karamürsel, Draqaş bələdiyyə sədrinin müavini Rəsul Fətahu, ölkədə fəaliyyət göstərən yerli və türk qurumlarının nümayəndələri, müəllim və şagirdlər iştirak ediblər.
Nəzrin