Türk futbolçu Azərbaycan komandası ilə oyundan sonra vəziyyəti pisləşdi

Türk futbolçu Azərbaycan komandası ilə oyundan sonra vəziyyəti pisləşdi
İDMAN
15:45 01.08.2016
1625
Türkiyənin "Göztəpə" klubu Azərbaycanın "Zirə" komandası ilə Boluda yoxlama oyunu keçirib.
Görüş 1:1 hesabı ilə başa çatıb. Hesabı 11-ci dəqiqədə Elvin Məmmədov açsa da, Tayfur Bingöl 55-ci dəqiqədə oyuna tarazlıq gətirib.
Hər 2 komandanın baş məşqçisi oyundan sonra bu fikirləri çatdırıb.
Okan Buruk: "Zirə" ilə matçda istədiyimiz nəticəni ala bilməsək də, oyunçularımın istəyi, arzusu, meydança içərisindəki göstərdiyi oyunu mənə razı saldı. Bundan sonrakı matçlarda oyunumuzu inkişaf etdirib, çempionata daha hazır olmağa çalışacağıq. Çempionatdakı rəqiblərdən "Boluspor"la oynayacağımız matç bizim üçün yaxşı bir ölçü olacaq. Yavaş-yavaş öz oyunumuzu tapırıq. Komandamız yeni qurulur. Oyunçular bir-birini tanımaq mərhələsini tamamladı. Birlikdə hərəkət etmələri, məşq və matçda göstərdikləri oyun məni ümidləndirir".
Adil Şükürov: “Yaxşı komplektləşmiş komandaya qarşı oynadıq. “Göztəpə”nin özünəməxsus oyun üslubu olsa da, biz də öz oyunumuzu diqtə etməyə çalışdıq. Bəzi epizodlarda bu alınırdı. Ancaq yetərli səviyyədə olmadı. Oyunun əvvəlində yaxşı oynadıq. Ancaq qoldan sonra rəqib daha üstün idi. Yay hazırlığını səmərəli keçirdiyimizi düşünürəm. Türkiyə toplanışını da yüksək səviyyədə keçirdik. Bununla belə komanda hələ tam hazır deyil. Taktiki cəhətdən işlərimiz çoxdur. Çempionatın gedişində istədiyimiz səviyyəyə çatacağımızı düşünürəm”.
Yeri gəlmişkən, bu matçda iştirak etmiş İzmir klubunun yeni transferi Tanju Kayhan gecə yarısı sancılanıb. 27 yaşlı Avstriya doğumlu cinah müdafiəçisi təcili xəstəxanaya aparılıb. Onu kor bağırsağından əməliyyat ediblər. Vaxtı ilə "Beşiktaş"da da oynamış futbolçu artıq xəstəxanadan çıxarılıb. O, 3 həftə sonra məşqlərə başlaya biləcək.
///
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bayramqabağı meyvə-tərəvəz və çərəzlərin SON QİYMƏTLƏRİ - VİDEO
01:17 05.03.2026
Bayramqabağı meyvə-tərəvəz və çərəzlərin SON QİYMƏTLƏRİ - VİDEO
Hakan Fidan Rubio ilə İranın atdığı raketi müzakirə edib
00:21 05.03.2026
Hakan Fidan Rubio ilə İranın atdığı raketi müzakirə edib
İsrail Təbrizə güclü zərbə endirib
00:02 05.03.2026
İsrail Təbrizə güclü zərbə endirib
İran səfiri Böyük Britaniya XİN-ə çağırılıb
23:52 04.03.2026
İran səfiri Böyük Britaniya XİN-ə çağırılıb
“Qarabağ” Azərbaycan kubokunun yarımfinalına yüksəldi
23:44 04.03.2026
“Qarabağ” Azərbaycan kubokunun yarımfinalına yüksəldi
İctimai nəqliyyatda bank kartı ilə ödənişlərdə PROBLEM -  VİDEO
23:28 04.03.2026
İctimai nəqliyyatda bank kartı ilə ödənişlərdə PROBLEM - VİDEO
İranlı ayətullah cihad elan etdi
23:20 04.03.2026
İranlı ayətullah cihad elan etdi
“Yorğanı qaldıranda gördüm ki, çarpayı qan içindədir” - Video
23:17 04.03.2026
“Yorğanı qaldıranda gördüm ki, çarpayı qan içindədir” - Video
Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət edib - FOTOLAR
23:10 04.03.2026
Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət edib - FOTOLAR
Leyla və Arzu Əliyevalar iftar mərasimində - FOTOLAR
23:03 04.03.2026
Leyla və Arzu Əliyevalar iftar mərasimində - FOTOLAR
Maka Boçorişvili: Orta Dəhlizi nəzərə almamaq və görməmək mümkün deyil
22:56 04.03.2026
Maka Boçorişvili: Orta Dəhlizi nəzərə almamaq və görməmək mümkün deyil
İran dost ölkələrin gəmilərinə Hörmüzdən keçməyə icazə verdi
22:44 04.03.2026
İran dost ölkələrin gəmilərinə Hörmüzdən keçməyə icazə verdi
Nəqliyyat vasitələrinə inzibati cərimə borcu alan şəxslərə XƏBƏRDARLIQ - VİDEO
22:33 04.03.2026
Nəqliyyat vasitələrinə inzibati cərimə borcu alan şəxslərə XƏBƏRDARLIQ - VİDEO
Böyük Britaniya Makronun nüvə silahı ilə bağlı təkliflərini dəstəkləyib
22:27 04.03.2026
Böyük Britaniya Makronun nüvə silahı ilə bağlı təkliflərini dəstəkləyib
“Hər kəs mənim Qənimət Zahidi məhkəməyə verib, qələbə qazanmağımdan presedent kimi bəhrələnməlidir”
22:18 04.03.2026
“Hər kəs mənim Qənimət Zahidi məhkəməyə verib, qələbə qazanmağımdan presedent kimi bəhrələnməlidir”
Qətərdəki 200 Azərbaycan vətəndaşının Səudiyyə Ərəbistanı ərazisindən təxliyəsi planlaşdırılır
21:58 04.03.2026
Qətərdəki 200 Azərbaycan vətəndaşının Səudiyyə Ərəbistanı ərazisindən təxliyəsi planlaşdırılır