Türk Hava Yolları (THY) İdarə Heyətinin sədri Hamdi Topçu vəzifəsindən istefa verib.
APA-nın “Habertürk”-ə istinadən verdiyi məlumata görə, H.Topçunun istefa səbəbi ictimaiyyətə açıqlanmayıb.
İdarə Heyəti rəhbəri vəzifəsinə isə İnvestisiya Agentliyinin rəhbəri İlker Aycının gələcəyi bildirilir.
Qeyd edək ki, H.Topçu bu vəzifəyə 2010-cu ildə təyin olunub. O, bu vəzifədə Candan Karlıtekini əvəzləyib.