Türk jurnalist "Real"ı hiddətləndirdi: Ardanın zədələnməsinə görə klubu günahlandırdı

İDMAN
12:20 08.02.2024
257
Türkiyəli jurnalistin müsahibəsində Arda Gülərin ardıcıl zədələrinə görə "Real Madrid”in məsuliyyət daşıması ispan klubunda birmənalı qarşılanmayıb.

AZXEBER.COM xəbər verir ki, artıq səhhətində problem olmasa da, buraxdığı 6 aya görə geri qalan türk futbolçu nə edirsə etsin, Ançelotti ona oynamağa icazə vermir.

Türkiyəli jurnalist Ardanın zədəsində "Real Madrid"i günahlandırıb.
 
O, İspaniya yığmasının istifadə etdiyi məşq üsullarının Ardanın zədələnməsinə yol açdığını bildirib.

"Real Madrid" bu açıqlamalardan narahat olub.

Həmçinin Ançelotti Arda Gülərin yerinə Dani Sebalyosa üstünlük versə də, transfer zamanı Arda Gülərin başqa komandaya getməsinə icazə verməyib.
  
Mikayıl

OXŞAR XƏBƏRLƏR