Türk klubu “Xəzər Lənkəran”la oyundan imtina etdi

İDMAN
18:34 08.07.2015
1574
Bu gün "Xəzər Lənkəran" Türkiyədə keçirdiyi təlim-məşq toplanışı çərçivəsində "Ərciyəsspor" (Kayseri) klubunun A2 komandasına qarşı yoxlama oyunu keçirməli idi. Lakin bu qarşılaşma baş tutmayacaq.

AZXEBER.COM  xəbər verir ki, bu barədə cənub klubunun rəsmi saytından məlumat verilib. Mənbədə bildirilir ki, rəqib komandanın xahişinə əsasən, bu oyun qeyri-müəyyən vaxta təxirə salınıb. Səbəb isə türk klubunun heyətində bir sıra futbolçunun zədələnməsidir.

Plan üzrə "Xəzər Lənkəran" 11 iyul tarixində yoxlama oyunu keçirəcək. Rəqib haqqında məlumat veriləcək.

OXŞAR XƏBƏRLƏR