Türk lirəsi sürətlə dəyər itirir: Manat da eyni aqibəti yaşaya bilər? - AÇIQLAMA

SOSİAL
13:21 24.11.2021
3704
Türkiyədə lirə sürətlə dəyər itirməyə davam edir.
 
24 noyabr 1 dollar TL-dir. 1 dolların alış qiyməti 13.0609 lirə olduğu halda, 1 dolların satış qiyməti 13.0649 TL-dir. Son zamanlarda türk lirəsinin ABŞ dollar qarşısında dəyərini itirməsi müşahidə olunur. Türkiyə lirəsinin dollar qarşısında dəyərini itirməsi ölkədə müəyyən qiymət artımlarına da səbəb olub.

İndi hər kəsi düşündürən məsələlərdən biri də Azərbaycan manatı haqqında gözləntilərdir. Bəs türk lirəsinin dollar qarşısında dəyərinin bu cür azalmasından sonra Azərbaycan manatının dollar qarşısında hansısa təhlükəsi varmı?
 


Məsələ ilə bağlı AZXEBER.COM-a danışan iqtisadçı-ekspert Elnur Quliyev manat haqqında gözləntiləri açıqlayıb.
 
Ekspert bildirib ki, lirə ilə bağlı məzənnə fərqi yaxın gələcəkdə manata təsir etməyəcək:

"Manatın tənzimlənməsi lirədən asılı deyil, həmçinin lirənin hazırda qiymətdən düşməsi sırf iqtisadi faktorun təsirindən daha çox siyasi amillərdəndir. Hesab edirəm ki, lirə ilə bağlı məzənnə fərqi yaxın gələcəkdə birmənalı şəkildə manata təsir etməyəcək”.

Elnur Quliyev qeyd edib ki, mərkəzi bankın valyuta ehtiyatları kifayət qədərdir:

"Mərkəzi bankın valyuta ehtiyatları kifayət qədərdir ki, hazırki 1.7 məzənnəsini saxlasın, üstəlik neft qiymətinin qalxması ölkəyə əlavə dollar idxalını təmin edir ki, bu da dolların möhkəmlənməsinin qarşısını alır. Manatın məzənnəsinin indiki halda 1.7 şəkildə saxlanılması nəinki iqtisadi, eyni zamanda siyasi amildən də irəli gələrək saxlanılır. Bildiyimiz kimi, ölkədə bütün resurslar və idxal olunan məhsulların qiymətində artım var və bundan sonra halda devalvasiya üçün zərurət yaranmaz”.
 
Aydın Nuri

OXŞAR XƏBƏRLƏR