Azərbaycan Hava Yollarının Yay Təcrübə Proqramına müraciətlər 4 dəfədən çox artdı - FOTOLAR

Azərbaycan Hava Yollarının Yay Təcrübə Proqramına müraciətlər 4 dəfədən çox artdı - FOTOLAR
SOSİAL
10:51 07.07.2026
622
AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları gələcəyin aviasiya mütəxəssislərinin hazırlanmasına yönəlmiş insan kapitalı strategiyasını ardıcıl şəkildə davam etdirir.
 
AZXEBER.COM xəbər verir ki, bu strategiyanın mühüm tərkib hissəsi olan Yay Təcrübə Proqramı çərçivəsində seçilmiş tələbələr üçün açılış tədbiri keçirilib. Tədbirdə iştirakçılar şirkətin fəaliyyət istiqamətləri, korporativ dəyərləri, təcrübə müddətində qoşulacaqları layihələr, peşəkar inkişaf və gələcək karyera imkanları barədə ətraflı məlumat əldə ediblər.

Bu il çoxmərhələli seçim prosesini uğurla tamamlayan 100 tələbə Azərbaycan Hava Yollarının müxtəlif struktur bölmələrində yay təcrübəsinə başlayıb. Təcrübə müddətində onlar peşəkar mentorların dəstəyi ilə real iş mühitində praktiki bilik və bacarıqlar əldə edəcək, aviasiya sahəsinin müxtəlif istiqamətləri ilə yaxından tanış olacaqlar. 

Azərbaycan Hava Yolları üçün Yay Təcrübə Proqramı yalnız tələbələr üçün təcrübə imkanı deyil, həm də şirkətin gələcək kadr ehtiyatının formalaşdırılmasına yönəlmiş uzunmüddətli inkişaf platformasıdır. Bu məqsədlə milli aviadaşıyıcı uzun illərdir ali təhsil müəssisələri ilə əməkdaşlığı genişləndirir, tələbələrin nəzəri biliklərini real iş mühitində tətbiq etmələrinə, peşəkar bacarıqlar qazanmalarına və gələcək karyeralarını aviasiya sahəsində qurmasına dəstək verir.

Bu istiqamətdə Azərbaycan Hava Yolları ilə Milli Aviasiya Akademiyası arasında formalaşmış uzunmüddətli əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. 2023 - 2025-ci illər ərzində proqram çərçivəsində Akademiyanın 300-dən çox tələbəsi müxtəlif struktur bölmələrində təcrübə keçib. Onlardan 60 nəfəri proqramı uğurla başa vurduqdan sonra Azərbaycan Hava Yollarında daimi işlə təmin olunaraq peşəkar fəaliyyətini şirkətdə davam etdirir.

Son illərdə proqrama maraq da əhəmiyyətli dərəcədə artıb. Belə ki, 2023-cü illə müqayisədə cari ildə müraciət edən tələbələrin sayı 4 dəfədən çox artaraq 506 nəfərə çatıb. Bu göstərici gənclərin aviasiya sahəsinə artan marağını, eyni zamanda Azərbaycan Hava Yollarının etibarlı işəgötürən və peşəkar inkişaf üçün cəlbedici platforma kimi mövqeyinin daha da gücləndiyini göstərir.

Qeyd edək ki, bu il seçilmiş tələbələr arasında əsasən Kompüter mühəndisliyi, Aviasiya və aerokosmik mühəndislik kimi texniki ixtisaslar üzrə təhsil alan gənclər üstünlük təşkil edir. Bu, Azərbaycan Hava Yollarının strateji inkişaf prioritetlərinə uyğun peşəkar insan kapitalının formalaşdırılması istiqamətində həyata keçirdiyi məqsədyönlü fəaliyyətin tərkib hissəsidir.

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakı metrosunda iş rejimi dəyişdirilir
18:11 22.07.2026
Bakı metrosunda iş rejimi dəyişdirilir
Akkreditasiya Şurasından qərar: 6 universitetə müsbət, birinə mənfi rəy
17:56 22.07.2026
Akkreditasiya Şurasından qərar: 6 universitetə müsbət, birinə mənfi rəy
Qızılca və suçiçəyinə yoluxanların sayı açıqlandı - RƏSMİ
17:52 22.07.2026
Qızılca və suçiçəyinə yoluxanların sayı açıqlandı - RƏSMİ
Bu şəxslər üçün ödənişsiz avtobuslar ayrıldı
17:37 22.07.2026
Bu şəxslər üçün ödənişsiz avtobuslar ayrıldı
Dələduzluqda ittiham olunan şəxs Azərbaycana ekstradisiya edildi
17:30 22.07.2026
Dələduzluqda ittiham olunan şəxs Azərbaycana ekstradisiya edildi
Ev dustaqlığında sosial şəbəkə qadağası: Qanun nə deyir? – Vəkildən açıqlama
17:06 22.07.2026
Ev dustaqlığında sosial şəbəkə qadağası: Qanun nə deyir? – Vəkildən açıqlama
Rəşad Məcid: "Yeni dövr mətbuatın qarşısında yeni vəzifələr qoyur"
16:58 22.07.2026
Rəşad Məcid: "Yeni dövr mətbuatın qarşısında yeni vəzifələr qoyur"
151 il, bir missiya: Milli mətbuatın yubileyinə dövlət qurumlarından baxış
16:50 22.07.2026
151 il, bir missiya: Milli mətbuatın yubileyinə dövlət qurumlarından baxış
Prezident Fərman imzaladı
16:28 22.07.2026
Prezident Fərman imzaladı
Gələcəyin rəhbərləri üçün ideal seçim – ADNSU Biznes Məktəbinin MBA proqramının üstünlükləri – FOTO
16:26 22.07.2026
Gələcəyin rəhbərləri üçün ideal seçim – ADNSU Biznes Məktəbinin MBA proqramının üstünlükləri – FOTO
Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək
15:50 22.07.2026
Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək
Rüfət Əhmədzadə vəfat etdi
15:32 22.07.2026
Rüfət Əhmədzadə vəfat etdi
Ev, avtomobil, torpaq - Vətəndaşlar kredit üçün banklara ən çox hansı əmlakı girov qoyur?
15:26 22.07.2026
Ev, avtomobil, torpaq - Vətəndaşlar kredit üçün banklara ən çox hansı əmlakı girov qoyur?
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
15:12 22.07.2026
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
Buraxılış imtahanında xarici dildən hansı model tətbiq olunacaq?
15:02 22.07.2026
Buraxılış imtahanında xarici dildən hansı model tətbiq olunacaq?
Aydın Tağıyev Həsən bəy Zərdabi adına mükafata layiq görülüb
14:58 22.07.2026
Aydın Tağıyev Həsən bəy Zərdabi adına mükafata layiq görülüb