Türk müğənnidən şok açıqlama: "Türkiyənin 20 faizi axmaqlardır"

Türk müğənnidən şok açıqlama: "Türkiyənin 20 faizi axmaqlardır"
ŞOU-BİZNES
00:46 25.08.2011
1501

Türkiyədə qalmaqalları ilə daim gündəmdə qalan müğənni Nihat Doğan baş nazir Rəcəb Tayyib Ərdoğanı müşayiət edən heyətin tərkibində Somaliyə yollandığı üçün onu tənqid edənlərə sərt cavab verib. Nihat Doğanın Somalidəki qıtlıq və aclıq çəkən insanlara yardım kampaniyasına qatılmaqda əsas məqsədinin özünü reklam etmək olduğu vurğulanır. "Belə deyənlərin sözlərini şərh etmək istəmirəm. Türkiyədə hələ də fironlar təki naqis düşüncəyə malik insanlar var və belə axmaqlar əhalinin 15-20 faizini təşkil edir. Həzrət Musa okeanı yardı, belələri inanmadılar. Belələri oturduqları yerdə heç nə etmir, edən insanlara da çirkab atırlar. Qoy, onlar da Somaliyə getsinlər, özlərini reklam etməsinlər. Orada, Somalidə insanlar acından ölürlər", - N.Doğan deyib.

//milli.az

OXŞAR XƏBƏRLƏR