Türk seriallarının qəhrəmanları həftədə nə qədər pul qazanır? – QİYMƏTLƏR

MARAQLI
12:19 30.12.2011
4190

Ölkəmizdə maraqla izlənilən Türkiyə istehsalı serialların qəhrəmanları, Azərbaycan mətbuatının da daim nəzərindən yayınmır. Hətta, bir çox portallar oxucu marağını nəzərə alıb serialların bölüm anonsunu yayımlamağa başlayır. Bunu nəzərə alaraq AZXEBER.COM portalı Türk seriallarının qəhrəmanlarının həftəlik bölümlərdən əldə etdikləri gəlirləri oxuculara təqdim edir...

Nurgül Yeşilçay

Siyahıya liderlik edən Yeşilçay 8 il bundan öncə oynadığı “İkinci Bahar” serialında həftəyə 8 min lirə (4 min manat) qazanırdısa, hazırda o həftəyə bir bölümdən 60 min lirə (30 min manat) gəlir əldə edir.

Beren Saat

Siyahıda ikinci yerin sahibi “Bihter” obrazı ilə böyük şöhrət əldə edən Beren Saatdır. Aktrisa, “Aşki-Memnu”da həftədə 30 min lirə (15 min manat) qazanc əldə edirdisə, hazırda “Fatmagülün Suçu ne?” serialında 50 min lirə (25 min manat) gəlir əldə edir.

Kıvanç Tatlıtuğ

3-cü yerdə isə “Behlül” obrazını canlandıran Kıvanc Tatlıtuğ dayanır. Tatlıtuğ , “Aşki-Memnu” serialında həftəyə 30 min (15 min manat), hazırda yayımlanan “Kuzey Güney” serialından isə, 50 min lirə (25 min manat) gəlir əldə edir.

Halit Ergenç

Sultan Süleyman Qanuni olaraq tanınan aktyor Halit Ergenç “Min bir gece” serialında həftəyə 35 min (17 min 500 manat) gəlir əldə edirdisə, hazırda “Muteşem Yüzil” serialından həftəyə 45 min lirə (22 min 500 manat) gəlir əldə edir.

Nejat İşler

“Kapalıçarşı” serialı ilə bir müddət durğunluq dövrü yaşayan aktyor Nejat İşlər, bu serialdan həftəlik bölümə 25 min lirə (12 min 500 manat) gəlir əldə edib. Hazırda o “Kanal D” televiziyasında yayımlanan “Keşanlı Ali Destanı” serialında həftədə 40 min lirə (20 min manat) gəlir əldə edir.

Əfsələddin Ağalarov

OXŞAR XƏBƏRLƏR