Türk şirkəti Mübariz İbrahimovdan film çəkir: Mədəniyyət və Turizm nazirliyi pul ayıracaq?

SOSİAL
13:40 11.04.2017
13785

Mədəniyyət və Turizm nazirliyi Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov haqqında çəkilən filmə dəstək olmur. 

Xəbər verdiyimiz kimi, Türkiyə və Azərbaycan rejissorların birgə əməyi sayəsində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovla bağlı film hazırlanıb. Filmdə Mübariz İbrahimovun keçdiyi döyüş yolu əks olunub. Türkiyənin "İST Film” yapım şirkətinin maliyyə dəstəyi ilə çəkilən filmdə Azərbaycandan olan rejissor Samir Kərimoğlu, ssenarist Rəşad Süleymanoğlu da iştirak edəcək.

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan rejissor Samir Kərəmoğlu sözügedən layihənin ötən ilin yay ayından başladığını bildirib:

"Bu layihə ilə bağlı ötən ilin yayından danışıqlar gedir. Biz öz növbəmizdə filmlə bağlı təkliflərimizi vermişik. Çəkilişlər Azərbaycanda və Türkiyədə paralel şəkildə aparılacaq. Təbii ki, hələlik konkret bir şey demək üçün tezdir. Çünki çəkilişlərə tam başlanılmayıb. Ancaq filmdə böyük bir komanda çalışacaq”.

Rejissor filmin kim tərəfindən maliyyələşməsinə də aydınlıq gətirib. Onun sözlərinə görə, hələlik bütün xərci Türkiyənin "İst Film” şirkəti üzərinə götürüb:

"Hazırda xərclərin qarşılanmasını bu şirkət həyata keçirir. Ancaq sonra nələr ola bilər, bunu demək üçün çətindir. Mən inanıram ki, Azərbaycan tərəfi də bu filmin çəkilməsi üçün maliyyə vəsaiti ayıracaq”.

S.Kərəmoğlu aktyor heyəti arasında hər iki ölkədən dəvət olunan aktyorların olacağını bildirib. Ancaq Mübariz obrazının kim tərəfindən canlandırılacağı məlum deyil.

Bəs Mədəniyyət və Turizm nazirliyi filmin çəkili üçün niyə maliyyə ayırmayıb? Hər il milyonlarca manat dövlət büdcəsindən yeni filmlərin çəkilməsi üçün nazirliyə ayrılsa da, "Mübariz” filminə heç bir dəstəyin olmaması sual doğurur. Sualımıza cavab tapmaq üçün nazirliyin mətbuat xidməti ilə əlaqə saxlasaq da, zənglərimiz cavabsız qaldı.

Qeyd edək ki, "İST Film” şirkəti "Mübariz” filminin qısa teaserini rəsmi "Youtube” kanalında yayımlayıb. Sözügedən tanıtım çarxı sosial şəbəkələrdə böyük marağa səbəb olub.

 


 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb