Türk şirkətləri Qarabağa investisiya qoymağa hazırlaşır

Türk şirkətləri Qarabağa investisiya qoymağa hazırlaşır
SOSİAL
13:51 02.11.2020
612

"Bu gün Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Türkiyə şirkətləri ilə ortaq iş qurmaq üçün müzakirələr apardıq. Bu yekun aktda da özünü göstərdi".

AZXEBER.COM xəbər verir ki, bunu Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev deyib.

Onun sözlərinə görə, əldə edilmiş razılaşmalara Macarıstan və Tacikistan da qoşulub.

Türkiyənin Odalar və Borsalar Birliyinin prezidenti Mustafa Rifat isə deyib ki, azad olunmuş torpaqların inkişafına dəstək verməyə hazırdırlar. O, seçimli ticarət sazişinin qüvvəyə minməsindən sonra iki ölkə arasında investisiya qoyuluşunun daha da artacağını qeyd edib.

OXŞAR XƏBƏRLƏR