Türkan Vəlizadə: "Özümü kiməsə görə pis edən deyiləm"

Türkan Vəlizadə: "Özümü kiməsə görə pis edən deyiləm"
MAQAZİN
14:03 09.01.2019
3975
2018-ci ili həm uğurla, həm də xoşagəlməz avtomobil qəzasını atlatmaqla başa vuran müğənni Türkan Vəlizadə bəzi şou-biznes nümayəndələrinin arasında baş vermiş qalmaqallara münasibət bildirib.

AZXEBER.COM xəbər verir ki, müğənni belə halların gündəmə, efirə daşınmasının əleyhinə olduğunu qeyd edib:

"Olub ki, mənim də hər hansı şou nümayəndəsi ilə aramda anlaşılmazlıq olub. Amma mən onu tamaşaçılara bildirməmişəm. Çünki belə hala xoş baxmıram. Düşünürəm ki, tamaşaçını qalmaqallarla yormaq olmaz. Elə olduqda onların haqlı iradlarına tuş gəliik".

Müğənni onu da bildirib ki, bəzi tanışlarının arası dəydikdə heç vaxt müdaxilə etmir və çalışır ki, hər iki tərəflə münasibətdə balansı qorusun:

"Tanıdığım şou-biznes adamlarının münasibəti gərginləşəndə mən əsla qarışmıram. Özlərinə də bildirirəm ki, məni qatmasınlar. Çünki sabahı gün barışacaqlarına əminəm. Əgər mən qarışıb, hansınınsa tərəfini tutsam, onlar barışanda mən pis vəziyyətdə qalaram. Belə hal başıma gəlib. O vaxtdan özümə söz vermişəm ki, kimsənin münasibətinə görə özümü pis edən deyiləm"! 
OXŞAR XƏBƏRLƏR