Turkish Airlines Azərbaycanda beynəlxalq qolf turniri keçirdi - FOTO

İDMAN
21:32 12.07.2015
1404

Azərbaycan Qolf Federasiyasının təşkilati dəstəyi ilə.

Dünyanın ən böyük aviaşirkətlərindən biri olan Turkish Airlines şirkəti idman aləmində çox məşhur olan, qolf üzrə ən böyük və baxımlı yarışlardan biri, 65 ölkədə keçirilən “Turkish Airlines World Golf Cup - Amateur Series”in növbəti mərhələsiniQubada, Azərbaycan Qolf Federasiyasının tərkibində olan Milli Qolf Klubunda keçirib.

Oxu.Az xəbər verir ki, bu gün start götürən yarışmada Azərbaycan, İngiltərə, Koreya, Avstraliya, Xorvatiya, İspaniya, Hindistan, Rusiya, Türkiyə və digər ölkələrdən qolfçular mübarizə aparıb.

Azərbaycanı tədbirdə Elşən Quliyev,Ruslan Əliyev və Firdovsi Hümbətov təmsil ediblər.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Qolf Federasiyasının prezidenti Anar Məmmədov qonaqları salamlayaraq,“Turkish Airlines World Golf Cup - Amateur Series”innövbəti mərhələsinin Azərbaycanda keçirilməsindən çox şad olduğunu bilirib.

“Mən əminəm ki, iştirakçılar Qubada keçirilən bu möhtəşəm turnirdən böyük zövq alacaqlar. Azərbaycan Qolf Federasiyası yaranmasından cəmi bir neçə il ötməsinə baxmayaraq, qısa bir müddətdə idmanın bu növünün ölkəmizdə populyarlaşmasına nail oldu. Keçirdiyimiz qolf yarışlarının uğuru nəticəsində bu gün Azərbaycan dünyada qolf mərkəzlərindən biri kimi tanınır və bu gün Turkish Airlines World Golf Cup-un Qubada keçirilməsi buna bariz sübutdur”, - deyə, bildirən Federasiya prezidenti iştirakçılara uğurlar arzulayıb.

Bundan başqa, bildirilib ki,“Turkish Airlines World Golf Cup - Amateur Series”və Azərbaycan Qolf Federasiyasının birgə layihəsi olan bu tədbir hər il Azərbaycanda keçiriləcək və qolfun daha geniş kütləyə yayınmlanması, daha da populyarlaşması işinə xidmət edəcək.

Maraqlı keçən yarış gününün sonunda qaliblərin mükafatlandırma mərasimi baş tutub.

Bu günün qalibi Antaliyada keçirilən“Turkish Airlines World Golf Cup - Amateur Series”oyunlarının finalında digər ölkələrdə keçirilən tədbirlərin qalibləri ilə final yarışmasına vəsiqə qazanıb.

Bundan başqa,“Türk Hava Yolları”qalibə biznes-klass ilə uçuş bileti və 5 ulduzlu oteldə 7 günlük yerləşdirmə (hər şey daxil) hədiyyə edib.

Mükafatlandırma mərasimində Azərbaycan Qolf Federasiyasının prezidenti Anar Məmmədov, Türk Hava Yollarının Azərbaycanda nümayəndiliyinin baş müdiri Fatih Güvənvə digərləri iştirak ediblər.

Beləliklə, qolf turnirin qalibləri:

Nearest the pin (Dəlikə ən yaxın vuruş)Alistair McDuff

Best GrosMr Bong Hwan Seo

3-cü yer

B Category 3rd 31 points Onofrio D`OnghiaA Category 3rd 35 points Sean Harrison

2-ci yer

B category 2nd 35 points Michel LeatherA category 2nd 35 points 17 back nine Rob Donoghue

1-ci yer

B category 38 ponits yeong Gil JeongA Category 45 points Bong Hwan Seo

Qeyd edək,“Turkish Airlines World Golf Cup - Amateur Series”hazırda dünyanın 65 çox ölkəsində keçirilir. İlk belə turnir 2013-cü ildə start götürüb və bundan sonra ənənəvi hal alıb. Qubada keçirilən yarışdan sonra turnirin növbəti mərhələsi Şotlandiya Edinburg şəhərində baş tutacaq.

OXŞAR XƏBƏRLƏR