Türkiyə ABŞ-a Suriyada PKK-nı məhv etmək niyyətində olduğunu bildirib

DÜNYA
20:33 15.12.2024
186
Türkiyə ABŞ-ı Suriyada PKK terror təşkilatını məhv etmək niyyəti barədə məlumatlandırıb və Vaşinqtonun mövqeyinə yenidən baxacağına ümid edir.

Bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ​​deyib.

O vurğulayıb ki, nə Suriya xalqı, nə yeni Suriya rəhbərliyi, nə də Türkiyə PKK-nın Suriyada fəaliyyət göstərməsinə icazə verməyəcək.

"Bizim prioritetimiz PKK terror təşkilatını məhv etməkdir. Biz bunu amerikalı tərəfdaşlarımıza açıq şəkildə çatdırdıq. Onların mövqelərini yenidən nəzərdən keçirmələrini gözləyirik”.
 
///Report

OXŞAR XƏBƏRLƏR