Ötən gecə möhtəşəm qələbə qazanan Türkiyə millisi 1/4 finalda Niderlandla qarşılaşacaq.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Ay-ulduzlular" Avropa çempionatları tarixində 3-cü dəfə 1/4 finala yüksəlib.
Xatırladaq ki, Türkiyə bundan əvvəl AVRO-2000 və AVRO-2008-in 1/4 finalında çıxış etmişdi.
Qeyd edək ki, AVRO-2008-də Almaniyaya 3:2 hesabı ilə uduzan Türkiyə millisi Avropa çempionatları tarixində ən yaxşı nəticəsini əldə edib.
Məryəm