Türkiyə-Azərbaycan: 1 qol yetər

İDMAN
00:12 12.10.2011
1743

Bu gün Azərbaycan milli komandası Avro-2012-in seçmə mərhələsində son oyununa çıxıb.

Berti Foqtsun çalışdırdığı yığmamız final mərhələsinə çıxmaq uğrunda mübarizə aparan Türkiyə millisinin qonağı olaraq növbəti məğlubiyyətini alıb. Oyunboyu müdafiə olunub nadir əks-hücumlara bel bağlayan komandamızın bu taktikası yalnız ilk yrıda yetərli olub. İkinci hissədə meydan sahibləri yığmamızın müqavimətini qırmağa nail olub - 1:0.

Avro-2012-in seçmə mərhələ oyunu11 oktyabr22:00. TÜRKİYƏ – AZƏRBAYCAN - 1:0 Qol: Burak, 60Türkiyə: 12. Sinan Bolat, 3. Hakan Balta, 4. Gokhan Zan, 5. Əmrə Bəlözoğlu (k) (20. Gökhan Töre, 79), 6. Hamit Aktıntop, 14. Arda Turan, 15. Mehmet Topal, 17. Burak Yılmaz (9. Ümit Bulut, 88), 18. Kazım Kazım (Səlcuq İnan, 57), 19. Egemen Korkmaz, 22. Səbri SarıoğluEhtiyat oyunçular: 22. Hakan Arıkan, 7. Gökhan Gönül, 8. 10. Mehmet Ekiçi, 21. Ömər ToprakBaş məşqçi: Quus HiddinkAzərbaycan: 1. Kamran Ağayev, 4. Mahir Şükürov, 8. Aleksandr Çertoqanov, 10. Branimir Subaşiç, 13. Vurğun Hüseynov, 14. Raşad Sadıqov (k), 15. Ruslan Abışov, 17. Vüqar Nadirov, 21. Vladimir Levin, 20. Ufuk Budak (19. Rahid Əmirquliyev, 90+2), 22. Əfran İsmayılov (16. Elşən Məmmədov, 46/18. Arif İsayev, 86)Ehtiyat oyunçular: 23. Andrey Popoviç, 2. Rail Məlikov, 5. Elnur Allahverdiyev, 6. Rəşad Sadiqov, Baş məşqçi: Berti Foqts.Baş hakim: Peter Rasmussen (Danimarka)İstanbul. “Türk Telekom Arena” stadionu Oyun başladı.Qarşılaşma Azərbaycan televiziya kanalları ilə yayımlanmır. Ölkəmizdə Almaniya - Belçika matçını yayımlayırlar. 1. Matça meydan sahibləri başlayır. 3. Türkiyəlilərin ilk həmləsində Rəşad topu küncə çıxardı. Matçda ilk korner. 4. Subaşiçə qarşı kobudluq. 7. Meydan sahibləri Arda və Burakın ifasında daha fəaldır. 8. Əfranın ötürməsindən sonra Çertoqanov topa çatsaydı hesab açılacaqdı. 9. Meydan sahibləri kornerləri sıralayır. 12. Meydan sahiblərinin müdafiədəki səhvindən sonra Çertoqanov təhlükəli zərbə endirdi. Lakin düz qapıçının üstünə. 14. Kazım qapının ağzında əldə etdiyi əlverişli qol imkanını qaçırdı. Bəxtimiz gətirdi 17. Levinin zədələnməsindən onu kənara çıxartdılar. Kamranla toqquşdular. 21. Hamitin cərimə zərbəsi top kornerə çıxdı. 25. Mahir səhv etdi. Burakın qarşısını Rəşad ala bildi. Sonda isə yenə Kamran topa yiyələndi. 27. Bizimkilər çox top itirir. 33. Arda ötürdü Burak isə əlverişli imkanı qaçırdı. 36. Bu dəfə Hamitin hədəfdən yayınmasına sevindik 38. Yenə Hamit yığmamızı bağışladı. Millimizin azsaylı hücumu isə yenə erkən bitdi. 41. meydan sahiblərinin aramsız hücumlarında hər dəfə bəxt bizim tərəfimizdə olur. Bu dəfə də Burak dəqiq olmadı. 43. Türkiyəlilərin ehtiyat oyunçuları artıq isinmə hərəkətlərinə başlayıblar. Görünür hesabın açılmaması artıq narahatçılığa səbəb olub. 44. Artıq türkiyəlilər müqavimətini qıra bilmədyi müdafiəmizə qarşı kobudluq etməkdən də çəkinmir. Burak Vurğuna qarşı foul etdi. 45. Hamit 22 metrdən güclü amma qeyri-dəqiq zərbə vurdu. Komandalar fasiləyə qolsuz sülhlə yollandılar - 0:0. İkinci hissə başladı. 46. Yığmamızda Əfranı Elşən əvəzləyib. 48. Əmrənin təhlükəli zərbəsi düz Kamranın qucağına düşdü. Artıq Almaniyanın 3 qol vurduğunu və bu üzdən heç-heçə ilə də pley-offa getdiklərini görən Türkiyə millisi əvvəlki kimi canfəşanlıq etmir. 51. Elşənə qarşı kobudluq etdilər. 54. Kazım, ardınca isə Burak qapımıza yol tapmaqda çətinlik çəkdi. Sonuncunun zərbəsini Kamran tutdu. 55. Arda artist kimi yerə sərilib penalti istəyir. Ardından Burakın zərbəsində dəqiqlik çatmır. 57. Əmrə qol vurdu...amma ofsayddan. 57. Hiddink hücuma dəstəyi artırmaq istəyir. 58. Səlcuq meydana görən kimi Ardanın ötürməsindən zərbə vurdu. 60. Ardınca isə Burak Səlcuqun ötürməsindən sonra hesabı açdı. Səlcuq isə ötürməni qapıçısından almışdı. 62. Arda fərqi artırmağa yaxın olsa da Kamran buna imkan vermədi. 63. Əmrə yerdə yıxılıb qalıb. Deyəsən zədəsini yeniləyib. 70. Əmrə meydana dönsə də hər toxunuşda hakimdən cərimə istəyir. 71. Arda nə qədər etsə də müdafiə səddini yara bilmədi. Ağayev onun zərbəsini bu dəfə küncə çıxardı. 74. Meydan sahibləri Vüqara qarşı kobudluq etdilər. 77. Mahir az qala avtoqol vuracaqdı. 79. Əmrə kapitan sarğısını Hamitə verib meydanı tərk etdi. 84. Subaşiç komandamızın azsaylı zərbələrindən birini endirdi. Lakin Sinan yerində idi. 86. İkinci hissədə meydana girə Elşən indi də yerini Arifə verdi. 88. Türkiyəlilər də əvəzetməyə əl atdı. Ən fəallardan biri Burak meydanı tərk etdi. 89. Yığmamızın 2-ci küncə zərbəsi fayda vermədi. 90. Ufuk Səbri ilə toqquşdu. Birbaşa qana bulaşan legionerimiz meydanı tərk etməli oldu.

OXŞAR XƏBƏRLƏR