Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu Qarabağda toplanacaq

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu Qarabağda toplanacaq
SİYASƏT
08:15 30.01.2022
277
"Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun əsası 24 il bundan əvvəl Azərbaycanın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub. Fondun əsas missiyası Türkiyə və Azərbaycan başda olmaqla, bölgədə sabitlik, sülh və əmin-amanlığın təmin olunması, ümumi olaraq iki ölkə, eləcə də türk coğrafiyası arasında iqtisadi, mədəni və bir sıra fəaliyyətlərin inkişaf etdirilməsinə töhfə verməkdir.

Fond bu istiqamətdə həm Azərbaycanda, həm də Türkiyədə bir çox tədbirlər həyata keçirib.

Türkiyənin bütün KİV-ləri, eləcə də Azərbaycan mediasının qardaş ölkədəki təmsilçiləri ilə olan görüşümüzün əsas məqsədi isə Ermənistanla normallaşma dövründə atılacaq addımları müzakirə etmək, QHT və mətbuat nümayəndələrinin buna yanaşmasını öyrənməkdir. Fondun növbəti toplantısı Qarabağda keçiriləcək".

AZXEBER.COM xəbər verir ki, bu fikirləri İstanbulda mətbuat nümayəndələri ilə keçirilən görüş zamanı Azərbaycan jurnalistlərinə açıqlamasında Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) rəhbəri, professor Aygün Attar deyib.

Prezident İlham Əliyevin sərəncamı ilə 2022-ci ilin Azərbaycanda "Şuşa İli” elan edildiyini xatırladan Aygün Attar qeyd edib ki, Fondun "Şuşa ilində" bir təməl hədəfi var:

"Bu da Zəngəzur dəhlizinin açılmasıdır. Bu baxımdan bugünkü toplantı çox vacibdir. Əsas məqsəd türk mətbuatının gücünü Türkiyə sərhədləri xaricində də göstərməkdir. Biz, 44 günlük Vətən müharibəsi dövründə də olduğu kimi, türk mətbuatının Avropaya, ABŞ-a açılma rolunu üstlənməsini istəyirik”.

Fondun növbəti toplantısının Qarabağda keçirilməsinin planlaşdırıldığını bildirən professor bunun mart-aprel aylarında nəzərdə tutulduğunu deyib:

"Qarabağda keçirəcəyimiz növbəti toplantıda sadəcə Türkiyə və Azərbaycan mediası deyil, dünyanın aparıcı KİV nümayəndələrinin də iştirakı gözlənilir. Xüsusilə iqtisadi sahə üzrə yazarların da olduğu bir görüşün keçirilməsi​ nəzərdə tutulur. Çünki, Zəngəzur dəhlizi sadəcə Azərbaycan və Türkiyə üçün deyil, Rusiya və İran da daxil olmaqla bölgə ölkələrinin iqtisadi inkişafı üçün olduqca əhəmiyyətli, Qarabağ Zəfərindən sonra bölgənin geosiyasi və strateji əhəmiyyətini dəfələrlə artıran yoldur. Buna görə də dəhlizin uğurlu şəkildə, ən qısa zamanda açılmasının təmin olunmasında sivil insanların, media qurumları və elm adamlarının çox böyük rolunun olduğunu düşünürük".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Məktəblərdə çəkilişə icazə vermirlər, elə bil nəsə törədəcəyik" - Aktyor nazirliyə etiraz etdi
13:24 21.05.2025
"Məktəblərdə çəkilişə icazə vermirlər, elə bil nəsə törədəcəyik" - Aktyor nazirliyə etiraz etdi
Bakıda Sağlamlıq Mərkəzinin direktoru kimlərdən rüşvət alıb? –FAKTLAR
13:22 21.05.2025
Bakıda Sağlamlıq Mərkəzinin direktoru kimlərdən rüşvət alıb? –FAKTLAR
Lavrov: "3+3" formatında üçüncü görüş hazırlanır
13:07 21.05.2025
Lavrov: "3+3" formatında üçüncü görüş hazırlanır
İlham Əliyev Budapeştdə TDT-nin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak edir
13:05 21.05.2025
İlham Əliyev Budapeştdə TDT-nin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak edir
Mirzoyan: Azərbaycanla sülh sazişinin tezliklə imzalanması mümkündür
13:01 21.05.2025
Mirzoyan: Azərbaycanla sülh sazişinin tezliklə imzalanması mümkündür
Kral ailəsi "Bağ şənliyi"ndə iştirak edib - FOTOLAR
12:57 21.05.2025
Kral ailəsi "Bağ şənliyi"ndə iştirak edib - FOTOLAR
Azərbaycanlı gənc Mayamidə faciəvi şəkildə öldü
12:45 21.05.2025
Azərbaycanlı gənc Mayamidə faciəvi şəkildə öldü
Kişiyə ayaqqabısını öpdürən qadınla bağlı - Rəsmi açıqlama
12:42 21.05.2025
Kişiyə ayaqqabısını öpdürən qadınla bağlı - Rəsmi açıqlama
“BakuBus”da ata qızını döydü - VİDEO
12:32 21.05.2025
“BakuBus”da ata qızını döydü - VİDEO
Nəzakət Teymurovanın möhtəşəm konserti baş tutdu
12:25 21.05.2025
Nəzakət Teymurovanın möhtəşəm konserti baş tutdu
Nəfəsdən iddia: Səsimi batırmaq üçün çayıma dərman atıblar
12:21 21.05.2025
Nəfəsdən iddia: Səsimi batırmaq üçün çayıma dərman atıblar
İlon Maska gözlənilməz zərbə - Şirkətlərinin reputasiyası aşağı düşür
12:11 21.05.2025
İlon Maska gözlənilməz zərbə - Şirkətlərinin reputasiyası aşağı düşür
Sanatoriyaya yerləşdirilən Xalq artistindən səhhəti ilə bağlı  AÇIQLAMA
12:11 21.05.2025
Sanatoriyaya yerləşdirilən Xalq artistindən səhhəti ilə bağlı AÇIQLAMA
Pakistan məktəb avtobusuna hücumda Hindistanı günahlandırır
12:03 21.05.2025
Pakistan məktəb avtobusuna hücumda Hindistanı günahlandırır
Mətbuat Şurasının Sosial Media ilə Əlaqələr Komissiyasından sosial media istifadəçilərinə MÜRACİƏT
11:58 21.05.2025
Mətbuat Şurasının Sosial Media ilə Əlaqələr Komissiyasından sosial media istifadəçilərinə MÜRACİƏT
CNN: İsrail İranın nüvə obyektlərinə hücum etməyə hazırlaşır
11:50 21.05.2025
CNN: İsrail İranın nüvə obyektlərinə hücum etməyə hazırlaşır