"Türkiyə-Azərbaycan qardaşlığı daha da güclənərək davam edəcək" - Ərdoğan

"Türkiyə-Azərbaycan qardaşlığı daha da güclənərək davam edəcək" - Ərdoğan
SİYASƏT
11:00 10.07.2017
1129

 

"Türkiyə-Azərbaycan qardaşlığı daha da güclənərək davam edəcək".

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Twitter" səhifəsində yazıb.

R.T.Ərdoğan İstanbulda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra qeyd edib:

"Qardaşım cənab İlham Əliyevlə ikitərəfli münasibətləri və regional məsələləri müzakirə etdik".

Qeyd edək ki, iyulun 9-da Prezident İlham Əliyev 22-ci Dünya Neft Konqresində iştirak etmək üçün Türkiyəyə səfər edib.

///trend

OXŞAR XƏBƏRLƏR