Türkiyə Baş Qərargah rəisinin müşaviri həbs edildi

Türkiyə Baş Qərargah rəisinin müşaviri həbs edildi
DÜNYA
12:01 20.08.2016
1630

Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisinin ədliyyə məsələləri üzrə müşaviri general-mayor Dinçer Ural həbs edilib.

"Report" "Hurriyet" qəzetinə istinadən xəbər verir ki, o, Fətullahçı terror təşkilatına (FETÖ) üzv olmaqda şübhəli bilinir.

İyulun 15-də FETÖ-nün dövlət çevirlişinə cəhdindən sonra Dinçer Ural Baş Qərargah rəisinin ədliyyə məsələləri üzrə müşaviri polkovnik Muharrem Köşenin yerinə təyin olunmuşdu.

D.Urala general-mayor rütbəsi verildikdən sonra iyulun 28-dən vəzifəsinin icrasına başlayıb.

Muharrem Köşe isə iyulun 15-dən sonra FETÖ ilə əlaqədə şübhəli bilinərək tutulub.

OXŞAR XƏBƏRLƏR