Türkiyənin Prezident Administrasiyası Azərbaycan-Türkiyə qardaşlığı və Tovuz hadisələri barədə "Bir Millət, İki Dövlət" başlıqlı sənədli film hazırlayıb.
Baku.tv xəbər verir ki, filmdə Türkiyə-Azərbaycan arasında mövcud iqtisadi və siyasi münasibətlər, həmçinin Ermənistan tərəfindən Azərbaycana qarşı aparılan işğalçılıq siyasəti də bir daha vurğulanıb.
Sözügedən sənədli film haqqında Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun da danışıb.
Fəxrəddin Altun Türkiyə ilə Azərbaycanın son zamanlarda ikitərəfli münasibətlərdə böyük mənfəət əldə etdiyini deyib:
""Bir Millət,İki Dövlət" şüarının sadəcə şüar olmadığını bütün dünyaya göstəririk. Ümid edirəm birliyimiz, həmrəyliyimiz və qardaşlığımız qarşıdakı dövrlərdə daha da güclənərək davam edəcəkdir".
Hazırlanan sənədli filmdə Tovuz hadisələri, Türkiyə-Azərbaycan arasında mövcud iqtisadi və siyasi münasibətlər, həmçinin Ermənistan tərəfindən Azərbaycana qarşı aparılan işğalçılıq siyasəti, o cümlədən Ermənistanın Tovuz istiqamətində gerçəkləşdirdiyi hücumdan bəhs edilir.
Filmdə Prezidentin köməkçisi Hikmət Hacıyev, general-mayor Hüseyn Mahmudov, Elnur Əliyev, Rauf Arifoğlu kimi tanınmış simaların fikirləri yer alıb.
Tovuz hadisələrində evinə düşən artilleriya atəşi nəticəsində şəhid olan 76 yaşlı mülki şəxs, rayonun Ağdam kəndinin sakini, Əziz İzzət oğlu Əzizov haqqında da filmdə geniş məlumat verilib. Onun qızı yaşanan hadisə haqqında danışıb.