İngiltərədə ərəb dilində nəşr olunan "Asharq Al-Awsat” qəzetinə danışan mənbələr Türkiyənin İraqa qarşı hərbi əməliyyatının tarixini açıqlayıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, son zamanlar Türkiyə ilə İraq arasında təhlükəsizlik məsələlərinə dair silsilə səfərlər və görüşlər olsa da, İngiltərənin paytaxtı Londonda yerləşən "Asharq Al-Awsat” qəzetinə danışan mənbələr bəzi iddialarla çıxış edib.
1978-ci ildə qurulan qəzetə danışan mənbələr Ankaranın terror təşkilatı PKK-nı məhv etmək planlarını çatdırıblar.
İraqdakı iranpərəst Həşdi Şabinin əməliyyatda iştirak edəcəyi ilə bağlı iddialar irəli sürülüb. Türkiyə rəsmisi deyib ki, Ankaranın planının bir hissəsi müharibədən sonra baş verəcək dəyişikliklərə hazırlaşmaq və bölgədə, xüsusilə də İraqda sıfır təhlükəsizlik problemi öhdəliyi götürməkdir.
Türkiyəli diplomatik mənbə Türkiyənin İraqdakı hərbi əməliyyatlarının birbaşa Qəzzadakı vəziyyətlə bağlı olması ilə bağlı şərhləri rədd edib. Mənbə əməliyyatların iyun ayında başlaya biləcəyini təxmin edib.
Ayşən