"Türkiyə Dağlıq Qarabağa qanunsuz səfər edən vətəndaşları ilə bağlı məsələyə diqqət yetirməlidir"

"Türkiyə Dağlıq Qarabağa qanunsuz səfər edən vətəndaşları ilə bağlı məsələyə diqqət yetirməlidir"
SİYASƏT
13:38 17.10.2017
967
Qardaş Türkiyə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Azərbaycan ərazisi Dağlıq Qarabağa qanunsuz səfər edən vətəndaşları ilə bağlı məsələyə diqqət yetirməli və onların Azərbaycana təhvil verilməsini təmin etməlidir.

Bunu Trend-ə Milli Məclisin deputatı Elman Məmmədov deyib.

E.Məmmədov bildirib ki, türk xalqına, türk dövlətlərinə xəyanət edən bu 4 nəfər Dağlıq Qarabağa qanunsuz səfər ediblər, Ermənistana gediblər və ölkələrinə qayıtdıqdan sonra isə Türkiyədə bəzi telekanallar, qəzetlər, radiolarda onlara Ermənistanı, Dağlıq Qarabağdakı cinayətkar qrupu tərifləməyə geniş imkanlar yaradılıb:

 

"Türkiyə hökuməti bildirir ki, o adamların mövqeyi bizim mövqeyimiz deyil. Həmin şəxslərə mediada təbliğat apararaq erməni işğalını dəstəkləməyə niyə imkan verilir? Bu məsələlər suallar doğurur. Türkiyə ilə Azərbaycan dostdur, qardaşdır. Hər zaman deyirik ki, dostluğumuza, qardaşlığımıza xələl gətirən hərəkətlər olmasın. Belarus Azərbaycanın dövlət sərhədini qanunsuz keçən Aleksandr Lapşini həbs edib ölkəmizə təhvil verdi. Bu yanaşmanı Türkiyə hökumətindən də gözləiyirik. Azərbaycanın Baş Prokurorluğu tərəfindən 4 Türkiyə vətəndaşı barəsində cinayət işi başlanılıb və müvafiq sənədlər Türkiyəyə göndərilib. Niyə Türkiyə dövləti bu məsələ ilə bağlı qarşılıqlı addım atmır, Azərbaycan sərhədlərini qanunsuz keçən həmin şəxsləri ölkəmizə təhvil vermir? Biz istəyirik ki, Türkiyə ilə Azərbaycan arasında dostluğa, qardaşlığa xələl gətirən hadisələr olmasın. Bu cür hallara yol verilməməli və Türkiyə hökuməti bu məsələyə diqqət yetirməlidir”.
Qeyd edək ki, sentyabrın 22-də Türkiyə vətəndaşları Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğlu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Azərbaycan ərazisi Dağlıq Qarabağa qeyri-qanuni səfər ediblər. Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İidarəsində Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə bu şəxslər barəsində cinayət işi başlanılıb. Onlar Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilərək dövlətlərarası axtarışa verilib. Həmin şəxslərin tutularaq istintaqa cəlb olunmaları məqsədilə Türkiyə hüquq-mühafizə orqanlarına müraciət edilib.
Bir müddət sonra isə Türkiyə Böyük Millət Məclisinin HDP-dən olan deputatı Karo Paylan Yerevana səfər edib. O, Yerevanda çıxışı zamanı Ankaranı qondarma "erməni soyqırımı"nı tanımağa çağırıb və Ermənistanın Türkiyədən daha demokratik ölkə olduğunu deyib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Şəmkirdə yanğın: elektrik enerjisinin verilişi DAYANDI
21:55 05.03.2025
Şəmkirdə yanğın: elektrik enerjisinin verilişi DAYANDI
Prezident: Bu gün Türkiyə ilə Azərbaycan – iki qardaş ölkə nəhəng layihələr həyata keçirir
21:52 05.03.2025
Prezident: Bu gün Türkiyə ilə Azərbaycan – iki qardaş ölkə nəhəng layihələr həyata keçirir
Bakının bir çox yollarında tıxac müşahidə edilir - SİYAHI
21:29 05.03.2025
Bakının bir çox yollarında tıxac müşahidə edilir - SİYAHI
Mirzoyan: Ermənistan Azərbaycanla sülh müqaviləsinin bağlanmasında maraqlıdır
21:26 05.03.2025
Mirzoyan: Ermənistan Azərbaycanla sülh müqaviləsinin bağlanmasında maraqlıdır
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan iftar süfrəsində iştirak ediblər
21:24 05.03.2025
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan iftar süfrəsində iştirak ediblər
Aparıcı “Azəriqaz”ın rəhbəri Azər Məmmədova səsləndi: “Niyə xalqı dövlətdən iyrəndirirsiniz?”
21:18 05.03.2025
Aparıcı “Azəriqaz”ın rəhbəri Azər Məmmədova səsləndi: “Niyə xalqı dövlətdən iyrəndirirsiniz?”
İftar vaxtı – 6 mart 2025: Ramazanın 6-cü günü
20:30 05.03.2025
İftar vaxtı – 6 mart 2025: Ramazanın 6-cü günü
KİV: ABŞ Ukrayna ilə kəşfiyyat məlumat mübadiləsini dayandırıb
20:13 05.03.2025
KİV: ABŞ Ukrayna ilə kəşfiyyat məlumat mübadiləsini dayandırıb
Tramp ilk "kriptosammit"də bitkoinin strateji ehtiyatının yaradılmasını elan edəcək
19:50 05.03.2025
Tramp ilk "kriptosammit"də bitkoinin strateji ehtiyatının yaradılmasını elan edəcək
Pakistanda terror aktı nəticəsində 18 nəfər ölüb
19:40 05.03.2025
Pakistanda terror aktı nəticəsində 18 nəfər ölüb
Rusiyadan deportasiya təhlükəsi ilə üzləşən miqrantların sayı açıqlanıb
19:27 05.03.2025
Rusiyadan deportasiya təhlükəsi ilə üzləşən miqrantların sayı açıqlanıb
İkiqat SSRİ çempionu olan ukraynalı sabiq futbolçu vəfat edib
19:22 05.03.2025
İkiqat SSRİ çempionu olan ukraynalı sabiq futbolçu vəfat edib
Baş nazir: Qrenlandiya satılmır və onu əldə etmək olmaz
19:10 05.03.2025
Baş nazir: Qrenlandiya satılmır və onu əldə etmək olmaz
Millinin sabiq futbolçusu həbs edildi
18:51 05.03.2025
Millinin sabiq futbolçusu həbs edildi
NATO XİN başçılarının iclası aprelin əvvəlində Brüsseldə keçiriləcək
18:45 05.03.2025
NATO XİN başçılarının iclası aprelin əvvəlində Brüsseldə keçiriləcək
Yunanıstana qaçmaq istəyən PKK terrorçusu Ədirnədə saxlanıldı
18:34 05.03.2025
Yunanıstana qaçmaq istəyən PKK terrorçusu Ədirnədə saxlanıldı