Türkiyədə LPG (avtoqaz) avtomobil istifadəçiləri bu səhər yuxudan rekord artımla oyanıb.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, LPG-nin litri 30 kuruş (13 qəpik) yüksəlib.Bu artım LPG-yə bir dəfəyə edilən ən yüksək artım olaraq tarixə düşüb.Artımla birlikdə İstanbulda 1 litr LPG-nin qiyməti 2,81 lirədən (1,07 AZN) 3,11 lirəyə (1,19 AZN), Ankarada 2,61 lirədən (1 AZN) 2,91 lirəyə (1,11 AZN) qalxıb.Türkiyədə milyonlarla avtomobildə yanacaq olaraq üstünlük verilən LPG-nin qiymətinə bu gecədən (3 dekabr) keçərli olmaqla 13 qəpiklik rekord artım gəlib.Avtoqazla bərabər evlərdə işlədilən qazların qiymətində də artım olub.