Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya 6 fevralda mərkəzi Kahramanmaraşda baş verən zəlzələlərlə bağlı aparılan araşdırmalarla bağlı açıqlama verib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Ali Yerlikaya açıqlamasında zəlzələnin ilk anından bəri görülən işləri çatdırıb.
Zəlzələnin ilk anında bütün imkanlarını səfərbər edən dövlət zəlzələdən sonra evlərini itirən zəlzələ qurbanları üçün evlər tikməyə başlayıb.
O, açıqlamasında deyib:
"Fevralın 6-da biz xalq olaraq əsrin fəlakətini yaşadıq. 11 vilayət, 124 rayon, 6929 kənd və məhəllədə 120 min kvadrat kilometr ərazidə ağır dağıntılara səbəb olan bu zəlzələlərdə 53537 nəfər həyatını itirdi, 107213 vətəndaşımız yaralandı”.
Ayşən