Türkiyə ermənilərə yardım etməyə hazırdır – BƏYANAT

SİYASƏT
14:00 03.04.2014
1055
Türkiyənin xarici işlər nazirinin Azərbaycan səfəri öncəsi Vaşinqtondakı açıqlaması isə maraq doğurmaya bilməz
Türkiyənin xarici işlər nazirinin Azərbaycan səfəri öncəsi Vaşinqtondakı açıqlaması isə maraq doğurmaya bilməz.
Belə ki, Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlu ölkəsinin sərhədlərini Suriyada yaşayan erməniləri üçün açdığını elan edib. Əhməd Davutoğlu iki gün əvvəl Suriyanın Kasab bölgəsində yaşayan ermənilərin hücuma məruz qalması xəbərini şərh edərkən deyib.
Qeyd edək ki, Suriyada münaqişə başlayandan bu ölkədən qaçqın düşən Suriyalı ermənilərinin üz tutduğu məkanlardan biri də Azərbaycanın işğal altındakı torpaqlarıdır. Ermənistan hökumətinin və erməni dipsporunun təşkilatçılığı ilə həmin Suriya erməniləri əsasən Kəlbəcər və Qubadlı rayonlarında yerləşdirlirlər.(anspress)

OXŞAR XƏBƏRLƏR