Türkiyə - Ermənistan matçında Azərbaycan bayraqları - FOTOLAR

İDMAN
23:18 08.09.2023
420
Xəbər verdiyimiz kimi, AÇ-2024-ün seçmə mərhələsinin 5-ci turu çərçivəsində Türkiyə millisi doğma azarkeşləri önündə Ermənistan yığmasını qəbul edir.

AZXEBER.COM xəbər verir ki, oyunun keçirildiyi "Yeni Eskişehir” stadionun tribuanalarında Azərbaycan bayraqlarına da rast gəlmək mümkündür.

Belə ki, matçı izləyən azərbaycanlı futbol həvəskarları stadionda dövlət bayrağımızı açıb.

Qeyd edək ki, matçdan öncə UEFA-nın tələbi ilə oyunda Azərbaycan bayraqlarının açılmayacağına dair xəbərlər yayılsa da, bununla bağlı rəsmi açıqlama olmamışdı.
 

 

 

 


OXŞAR XƏBƏRLƏR