Türkiyə-Fələstin Dostluq Xəstəxanası fəaliyyətini dayandırdı, 4 xərçəng xəstəsi həyatını itirdi

Türkiyə-Fələstin Dostluq Xəstəxanası fəaliyyətini dayandırdı, 4 xərçəng xəstəsi həyatını itirdi
DÜNYA
11:00 03.11.2023
225
Qəzza zolağında yeganə xəstəxana olan Türkiyə-Fələstin Dostluq Xəstəxanasının dünən fəaliyyətini dayandırmaq məcburiyyətində qalmasından sonra 4 xərçəng xəstəsinin həyatını itirdiyi bildirilib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə Qəzzadakı Türkiyə-Fələstin Dostluq Xəstəxanasının direktoru Sübhi Sukeyk Türkiyə mətbuatına açıqlamasında deyib:
 
"Xəstəxananın yanacaq tükənməsi səbəbindən tamamilə xidmətdən çıxması nəticəsində bu gün dörd xərçəng xəstəsi həyatını itirdi".

Direktor lazımi tibbi imkanların olmaması səbəbindən xəstələrin həyatını itirdiyinə diqqət çəkib.
 
Xəstəxana direktoru Türkiyə-Fələstin Dostluq Xəstəxanasında olan xəstələrin hamısının Qəzza zolağının cənubundakı Xan Yunusdakı Darüs-Salam xəstəxanasına köçürüldüyü barədə məlumatı paylaşıb.

BMT-nin Humanitar Koordinasiya Ofisinin gün ərzində verdiyi açıqlamada Qəzza zolağında xərçəng xəstələrinin müalicə olunduğu yeganə xəstəxananın xidmətdən çıxmasından sonra 70 xərçəng xəstəsinin ölüm təhlükəsi ilə üzləşdiyi vurğulanıb.

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) tərəfindən blokadada olan Qəzza zolağında (2011-2017) inşa edilən Türkiyə-Fələstin Dostluq Xəstəxanası bir-birinə bağlı 8 blok, 4 əməliyyat otağı, reanimasiya şöbələri, laboratoriyalar və ümumilikdə bağlı 180 bölmədən ibarət olan ən böyük xəstəxanalardan sayılır.

Mikayıl
OXŞAR XƏBƏRLƏR