Türkiyə Finlandiya və İsveçə "hə" dedi - Rusiya ilə münasibətlər korlanacaq?

Türkiyə Finlandiya və İsveçə "hə" dedi - Rusiya ilə münasibətlər korlanacaq?
MANŞET
15:43 30.06.2022
614
Xəbər verdiyimiz kimi, Türkiyə İsveç və Finlandiya ilə onların NATO-ya daxil olması məsələsində razılığa gəlib. Bunu Finlandiya prezidenti Sauli Niinistö bildirib.

Finlandiyalı siyasətçinin ofisi əlavə edib ki, Türkiyə Madriddə keçiriləcək NATO sammitində Finlandiya və İsveçin alyansa üzvlüyünü dəstəkləyəcək.

Bəs, İsveç və Finlandiya NATO-ya üzv qəbul edilərsə, bu, hansı nələrə səbəb olacaq? Rusiya bu məsələni necə qarşılaya bilər?
 


Məsələ ilə bağlı AZXEBER.COM-a politoloq Tural İsmayılov fikirlərini bildirib. O, qeyd edib ki, bu məsələnin böyük tarixi əhəmiyyəti var:

"Türkiyənin Finlandiya və İsveçə NATO-ya üzvlükdə bağlı verdiyi razılığın tarixi əhəmiyyəti var. Bunu bir neçə rakursdan qiymətləndirmək bilərik. Əvvəla, qeyd etmək lazımdır ki, bu gün Türkiyə regional geostrateji mövqelərini daha da gücləndirərək qlobal siyasi güc mərkəzlərindən biri halına gəlib. Konkret olaraq dünyanın ən böyük və ən önəmli hərbi birləşmələrindən biri olan NATO-da Türkiyəsiz hansısa qərarın verilməsi qeyri-mümkümdür. Bu baxımdan son illərdə Türkiyəyə qarşı fəaliyyət göstərən terrorçu təşkilatların nümayəndələrinin qaçaraq gizləndiyi Şimali Avropa ölkələrinin Türkiyədən razılıq almaq üçün uzun müddətdir ki, böyül cəhdlər göstərməyi Türkiyənin dünya siyasi arenasında rolunun nə qədər artdığını bir daha nümayiş elətdirmiş oldu”.

Politoloqun sözlərinə görə, Türkiyə İsveç və Finlaniyadan böyük zəmanətlər alıb:

"İkinci ən önəmli məsələ ondan ibarətdir ki, bu günə qədər PKK-çılar və FETÖ-çülara məskən halına gələn İsveç və Finlandiya Türkiyə ilə artıq bu məsələdə ortaq addım atacağını vurğulayır. Türkiyə yəqin ki, İsveç və Finlaniyadan böyük zəmanətlər alıb ki, onların NATO-ya üzvlük məsələsinə razılıq verib. Yəqin ki, İsveç və Finlandiya PKK və FETÖ-nün onların ərazisinə sığınmış ilticaçılarının bir çoxunu Türkiyəyə təhvil verəcək. Hesab edirəm ki, hər iki konteksdə sözügedən ölkələrin NATO-ya üzvlük məsələsində Türkiyənin razılıq verməsi böyük əhəmiyyətə malikdir. Amma onu da qeyd edim ki, bu ölkələr ən qısa zamanda NATO-ya üzv qəbul edilməyəcək, lakin burada Türkiyənin maraqlarının nəzərə alınması, Türkiyənin bu prosesdə mühüm rol oynaması Türkiyə açısından passiv dəyərləndirilməlidir”.

T.İsmayılov həmçinin əlavə edib ki, Rusiya bu məsələyə o qədər də kəskin reaksiya verməyəcək:

"Hazırda Rusiyanı daha da aqressivləşdirməmək üçün Şimali Avropa ölkəsinin NATO-ya tam olaraq üzvlük məsələsi qısa zamanda o qədər də real görünmür. Amma bu, baş versə, bütövlükdə Putinin meydanda tək qalmasına səbəb olmayacaq. Çünki nəzərə almaq lazımdır ki, İsveç və Finlandiya Rusiya ilə siyasətində daha ehtiyatlı mövqe sərgiləsə də, Rusiya ilə münasibətlərini heç vaxt sonuna qədər korlamayıb. Ona görə də, bu məsələyə Rusiyanın o qədər də kəskin reaksiya verməyəcəyini düşünürəm”.
 

Məsələ ilə bağlı siyasi şərhçi Asif Nərimanlı isə anlaşmada qeyd olunan məsələlərdən danışıb:

"Türkiyə Finlandiya və İsveçin NATO-ya üzvlüyünə razılıq verdi. Anlaşmada PKK və uzantılarına qarşı mübarizədə Türkiyə ilə əməkdaşlıq, PYD/YPG və FETÖ-yə dəstəyin verilməməsi öhdəliyi, silah satışında embarqoların aradan qaldırılması və s. qeyd olunur. Beləliklə, Ankara istədiyini aldı. Hərçənd, məsələnin təkcə İsveç və Finlandiya ilə məhdudlaşmadığı da bəllidir. Çünki PYD/YPG və FETÖ-yə dəstək ABŞ-dan verilir, Helsinki və Stokholmun bu şəbəkəni himayə etməsi də Vaşinqtonun istəyindən irəli gəlir”.

"Bu kontekstdə Türkiyənin razılaşmasının arxasında iki məqamın olması da mümkündür:

Birincisi, ABŞ-ın FETÖ məsələsində olmasa belə, PYD/YPG-yə münasibətinin dəyişməsi, bu terror təşkilatlarına dəstəyinin ən azı arxa plana keçməsi;
İkincisi, Türkiyənin Suriyada PYDYPG terrorçularına qarşı yeni əməliyyatının önünün açılması;

Anlaşmanın yazılmayan tərəfindən bu məsələlərin olduğu istisna deyil”, deyə o, əlavə edib.
 
Aydın Nuri
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bloomberg: Alyaskada görüş keçirmək qərarı ABŞ Məxfi Xidməti üçün çətinlik yaradıb
04:01 15.08.2025
Bloomberg: Alyaskada görüş keçirmək qərarı ABŞ Məxfi Xidməti üçün çətinlik yaradıb
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
02:40 15.08.2025
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
02:01 15.08.2025
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
01:31 15.08.2025
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
01:03 15.08.2025
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
00:58 15.08.2025
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
00:49 15.08.2025
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
00:46 15.08.2025
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
00:29 15.08.2025
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
00:26 15.08.2025
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
00:22 15.08.2025
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
00:15 15.08.2025
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı
00:07 15.08.2025
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı
Rusiya azad deyil, müstəqil deyil - Mirşahin Ağayev yazır
00:03 15.08.2025
Rusiya azad deyil, müstəqil deyil - Mirşahin Ağayev yazır
Türkiyə və İran XİN rəsmiləri regional məsələləri müzakirə etdilər
23:54 14.08.2025
Türkiyə və İran XİN rəsmiləri regional məsələləri müzakirə etdilər
Suriyada başlayan yanğın Türkiyə ərazisinə keçib
23:42 14.08.2025
Suriyada başlayan yanğın Türkiyə ərazisinə keçib