Türkiyə gələn il də “Eurovision”da iştirak etməyəcək"

Türkiyə gələn il də “Eurovision”da iştirak etməyəcək"
MAQAZİN
17:55 07.08.2017
1006
"Türkiyə "Eurovision-2018” mahnı müsabiqəsində iştirak etməyəcək".
 
AZXEBER.COM  Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu baş nazirin müavini Bəkir Bozdağ avqustun 7-də Ankarada jurnalistlərlə görüşündə bildirib.
 
""Eurovision” yarışmasında yenidən iştirakmız mümkün deyil”, - deyə B.Bozdağ vurğulayıb.
 
Qeyd edək ki, avqustun 2-də Türkiyənin NTV televiziyası Türkiyənin "Eurovision-2018”də iştirakı barədə məlumat yaymışdı. TRT-nin İdarə Heyətinin bu barədə qərar qəbul etdiyi bildirilmişdi. Müsabiqədə "Manga” qrupunun iştirak edəcəyi də qeyd olunmuşdu.
 
Xatırladaq ki, Türkiyə ilk dəfə 1975-ci ildə Semiha Yankı ilə bu müsabiqəyə qatılıb, 2003-cü ildə Sertab Erener yarışmanın qalibi olub.
 
Türkiyə yarışda sonuncu dəfə 2012-ci ildə Can Bonomo ilə təmsil olunub.
 
Qeyd edək ki, "Eurovision-2018” mahnı müsabiqəsi Portuqaliyanın Lissabon şəhərində keçiriləcək.
OXŞAR XƏBƏRLƏR