xari

Türkiyə gəncləri “Xocalıya ədalət” tələb edir - FOTO

SOSİAL
17:50 26.02.2021
289
Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Gənclər Fondu və Türkiyə Gənclər Fondu (TUGVA) tərəfindən İstanbul şəhərində silsilə tədbirlər təşkil olunub.

"Aya Sofya” məscidi qarşısında İstanbulda fəaliyyət göstərən yerli və xarici media qurumlarına Türkiyə gəncləri adından bəyanat səsləndirilib və televiziya kanallarına müsahibələr verilib.

Bəyanatda Xocalı soyqırımının tanınması və cinayətkarların məsuliyyətə cəlb olunması ilə bağlı beynəlxalq təşkilatlara çağırış əks olunub və soyqırımı həqiqətlərinin yayılmasında Azərbaycanla həmrəylik ifadə edilib. Sonra TUGVA Mərkəzində Azərbaycan Gənclər Fondu və Türkiyə Gənclər Fondunun birgə həyata keçirdiyi "Qarabağ zəfəri” rəsm müsabiqəsinin qaliblərinin əsərlərindən ibarət sərginin açılışı baş tutub.

Həmçinin, mərkəzdə Türkiyənin bütün bölgələrinin gənclərinin iştirakı ilə geniş onlayn tədbir keçirilib. Tədbirdə Ermənistan hərbi birləşmələri tərəfindən törədilmiş Xocalı soyqırımı barədə məlumat verilib. Bildirilib ki, mülki azərbaycanlılara qarşı qətliam siyasəti Ermənistan siyasi-hərbi rəhbərliyinin fəaliyyətinin dəyişməz istiqaməti olub. 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan ordusunun Qarabağı azad etdiyi 44 günlük Vətən müharibəsi dövründə də ermənilər tərəfindən şəhər və rayonlarımız atəşə tutulmuş, mülki insanlar qətlə yetirilib. Cinayətkarların məsuliyyətə cəlb edilməsi və Xocalı soyqırımı qurbanlarının xatirəsinin uca tutulması naminə iki ölkə gənclərinin birgə təbliğat işini davam etdirəcəyi qərarlaşdırılıb.

Onlayn toplantıda Xocalı hadisələrinə həsr olunmuş, "Kiçik Oskar” adlandırılan "Accolade Qlobal Film Competition” nəşrinin ən yüksək mükafatına layiq görülmüş "Sonsuz dəhliz” filmi də nümayiş etdirilib. "Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində çəkilmiş film toplantı iştirakçıları tərəfindən böyük diqqət və dərin kədərlə qarşılanıb. 

Tədbirlərdə Türkiyə Gənclər Fondunun sədri Enes Eminoğlu, Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Millət vəkili Naqif Həmzəyev və Xocalı soyqırımının canlı şahidi, Xocalıda atası və yeddi yaşlı bacısı qətlə yetirilən Xəzəngül Əmirova çıxış ediblər. 

Tədbirlər çərçivəsində hər iki ölkə nümayəndələrinin iştirakı ilə İstanbulun Sarıyer bölgəsində yerləşən Heydər Əliyev parkında ulu öndər Heydər Əliyevin abidəsi və "Xocalı” abidəsinin ziyarət edilməsi də nəzərdə tutulub. 
 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

16:07 19.04.2021

Yunanıstan və Fransa səfirləri Türkiyə XİN-ə çağırıldı

16:04 19.04.2021

Elza Seyidcahanın yeni "şeiri": "Mal təzəyini divarlara yapanam"

15:56 19.04.2021

Koronavirus Ermənistan səhiyyəsini diz çökdürdü: Çarpayı ehtiyatı tamamilə tükəndi

15:55 19.04.2021

Prezident İlham Əliyev görülən işlərlə maraqlandı: "Qarabağda işlər necə gedir?"

15:41 19.04.2021

Bu ölkədə maska rejimi ləğv edildi: İnsanlar çimərliyə axışdı - VİDEO

15:39 19.04.2021

“Azərenerji”nin prezidenti: “Suqovuşandakı SES-lər işə salınıb, test gedir”

15:37 19.04.2021

Prezident Bakıda Nizami parkının abadlaşdırılmasına 5 milyon manat ayırdı

15:23 19.04.2021

İki hissəyə bölünən stadionla bağlı nazirlik araşdırmaya başladı - VİDEO

15:21 19.04.2021

Mariya Zaxarova: "Rusiyaya qarşı aksiyaların arxasında ABŞ durur"

14:59 19.04.2021

Heydər Əliyev Mükafatı Komissiyasının yeni tərkibi təsdiqləndi - SİYAHI

14:54 19.04.2021

Kraliça Elizabetin sirrli çantasında nələr var imiş?

14:43 19.04.2021

“Səbinə ilə intim fotolarımızı ərinə göndərdim” - Azərbaycanda şok olayın təfərrüatı

14:35 19.04.2021

Abel Məhərrəmov oğlunun geri çağırılmasından danışdı: "Yəqin ki, cənab Prezident oğlumu işsiz qoymaz"

14:33 19.04.2021

"Tottenham" Joze Mourinyonu qovdu

14:28 19.04.2021

Hadisədən Ebru Gündeşə sərt sözlər: "Heç kim namusumu ləkələyə bilməz"

14:26 19.04.2021

Hadrutda qənimət götürdükləri texnikaya Bakıda eksponat kimi baxdılar - FOTO