Türkiyə hərbi-siyasi rəhbərliyinin iştirakı ilə Bağdadda təhlükəsizlik zirvəsi başlayıb

Türkiyə hərbi-siyasi rəhbərliyinin iştirakı ilə Bağdadda təhlükəsizlik zirvəsi başlayıb
DÜNYA
19:46 14.03.2024
156
İraqın paytaxtı Bağdadda Türkiyə hərbi-siyasi rəhbərliyinin iştirakı ilə təhlükəsizlik zirvəsi başlayıb.

Müzakirələrin əsas mövzusu terrorla mübarizə, təhlükəsizlik və hərbi əməkdaşlıqdır.

Toplantıda Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər və Milli Kəşfiyyat İdarəsinin (MİT) rəhbəri İbrahim Kalın iştirak edirlər.

Qeyd olunub ki, Türkiyə terrorla mübarizəsini davam etdirməklə yanaşı, Bağdadla əlaqələrini gücləndirmək niyyətindədir.
 
///report
OXŞAR XƏBƏRLƏR